Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıla açıq məktub... - FOTO

Qondarma ittihamlarla 3 il azadlıqdan məhrum edilən tanınmış hüquqşünas Qurban Məmmədovun 7 yaşlı nəvəsi Fidan prezident İlham Əliyevin nəvələrinə müraciət edib. Moderator.az müraciətin mətnini təqdim edir:

Əziz həmyaşıdlarım Əli və Mikayıl.

Mənim 7 yaşım var. Birinci sinifdə oxuyuram. Mən həyatda birinci ən çox Allahı, sonra atamı, anamı və onlar qədər də Qurban babamı sevirəm. Qurban babam da ən çox məni sevir. O məni gəzməyə aparır, hədiyyələr alır, çoxlu oynadır. Yəqin sizi də babanız çox sevir, oynadır və gəzdirir. Qurban babam məni belinə mindirib gəzdirir,mən də onun bığlarını yoluram..

Daha doğrusu, gəzdirirdi... Artıq 10 aydır ki, o məni gəzdirmir, oynatmır... Valideynlərimin dediyinə görə, Qurban babam keçən ilin yayında İngiltərəyə gedib. Babam oradan mənə zəng vurur, telefonda danışırıq.. Hər dəfə də “ay baba, niyə gəlmirsən, sənin üçün çox darıxmışam” deyəndə mənə cavab verir ki, İngiltərənin ədalətsiz və zalım Kralı buraxmır ki, qayıdım nəvələrimin yanına. Deyir ki, 3 ildən sonra qayıda biləcək. Amma mən çox darıxıram onun üçün. İstəyirəm gedim onun yanına, məni də ora buraxmırlar.

Siz heç babanızdan ayrı qalmısınızmı? Sizi də qoymasalar babanızla oynayasınız, əylənəsiniz, dözə bilərsinizmi? Allah heç kimi, elə sizi də babanızdan ayırmasın..

 Heç bilirsiniz mənim babam kimdir? Mənim babam vəkildir. Mən ondan soruşanda ki, baba, sən nə iş görürsən, o belə deyirdi: “Canım gözüm, mən darda qalan insanlara kömək edirəm, haqsızlığa qarşı vuruşuram, ədaləti qorumağa çalışıram...”

 Amma indi İngiltərənin Kralına qarşı onun özünə kömək edən lazımdır. Mən eşitmişəm ki, sizin babanız Azərbaycanın prezidentidir. Siz ona desəniz, o mənim babamı ədalətsiz və zalım İngiltərə Kralının əlindən qurtara bilərmi?

 Sizin babanızı da İngiltərənin Kralı Azərbaycana buraxmasaydı, ona zalımlıq, ədalətsizlik etsəydi, mən babama deyərdim, babam ona kömək edərdi. Axı mənim babam insanlara kömək edir, ədalətsizliyə qarşı vuruşur.

 Əziz dostlarım Əli və Mikayıl, bizə qonaq gəlsəniz, sizə babamın şəkillərini göstərərəm. 2 apreldə babamımın 55 yaşı olur. Mənim ad günüm olanda babamı yuxumda görmüşdüm. Hər gün yuxuma gəlir. Amma istəyirəm ki, onun ad günündə babamla görüşə bilim. Babam qayıtsın evimizə.

 Əgər İlham babanız İngiltərə kralının əlindən Qurban babamı alıb qaytarsa, mən sizə söz verirəm, sizin də babanız darda olsa, mən babama deyəcəm ona kömək etsin.

 Mənim babamın ürəyi çox genişdir, hamıya kömək edir və mənim istəyimi həmişə yerinə yetirir.. Bəs sizinki necə?

 Sizdən tez bir vaxtda xoş xəbər gözləyirəm...

 

Dostunuz Fidan...

Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıla açıq məktub... <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/1065.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məhərrəmlik ayına az qalır — Qızıl ucuzlaşacaq?

Məhərrəmlik ayına az qalır — Qızıl ucuzlaşacaq?

Belə havalarda iş dayandırılır, işçiyə maaş da ödənilir - AÇIQLAMA

Belə havalarda iş dayandırılır, işçiyə maaş da ödənilir - AÇIQLAMA

Tərkibində rekord miqdarda B vitamini olan MƏHSULLAR

Tərkibində rekord miqdarda B vitamini olan MƏHSULLAR

Zehni işlə məşğul olanlar bananın bu növünü YESİN

Zehni işlə məşğul olanlar bananın bu növünü YESİN

Pula-pul deməyəcək 4 BÜRC

Pula-pul deməyəcək 4 BÜRC

Azərbaycanda aliment işləri niyə azaldı? — Hüquqşünas gizli məqamı açdı

Azərbaycanda aliment işləri niyə azaldı? — Hüquqşünas gizli məqamı açdı

Ucarda QƏZA: piyadanı vurub öldürən sürücü qaçdı - VİDEO

Ucarda QƏZA: piyadanı vurub öldürən sürücü qaçdı - VİDEO

ABŞ-da islam mərkəzində qanlı hadisə: İnsanlar güllələndi - VİDEO

ABŞ-da islam mərkəzində qanlı hadisə: İnsanlar güllələndi - VİDEO

İzzət Bağırovun təmtəraqlı ad günü - FOTO/VİDEO

İzzət Bağırovun təmtəraqlı ad günü - FOTO/VİDEO

“Mikro sənətdən memarlığa” adlı tematik sərgi keçirilib - FOTO

“Mikro sənətdən memarlığa” adlı tematik sərgi keçirilib - FOTO

Serbiyalı futbolçu bir mövsümdə iki ölkənin çempionu oldu

Serbiyalı futbolçu bir mövsümdə iki ölkənin çempionu oldu

Tramp İrana planlaşdırılan hücumu TƏXİRƏ saldı

Tramp İrana planlaşdırılan hücumu TƏXİRƏ saldı

Prezident onların şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR

Prezident onların şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR

15 əsrdir, kanalizasiyaları var - Prezident o kəndi nümunə çəkdi

15 əsrdir, kanalizasiyaları var - Prezident o kəndi nümunə çəkdi

Sumqayıtda evdə kişi meyiti aşkarlanıb

Sumqayıtda evdə kişi meyiti aşkarlanıb

“Bakının bələdçisi kimi danışa bilərəm” – Prezident

“Bakının bələdçisi kimi danışa bilərəm” – Prezident

Vado Korovinin kürəkəni ilə qızının bu görüntüsü DİQQƏT ÇƏKDİ - VİDEO

Vado Korovinin kürəkəni ilə qızının bu görüntüsü DİQQƏT ÇƏKDİ - VİDEO

"İran Azərbaycan və Türkiyəyə qarşı heç bir zərbə endirməyib" - Xameneinin müşavirindən AÇIQLAMA

"İran Azərbaycan və Türkiyəyə qarşı heç bir zərbə endirməyib" - Xameneinin müşavirindən AÇIQLAMA

"İrana qarşı hər hansı güzəştə hazır deyiləm” - Tramp

"İrana qarşı hər hansı güzəştə hazır deyiləm” - Tramp

Azərbaycan səfiri ilə 100 il sonra gələn tarixi görüş - FOTO

Azərbaycan səfiri ilə 100 il sonra gələn tarixi görüş - FOTO

İsraildə gərginlik: Netanyahu son 24 saatda ikinci təcili iclası keçirdi

İsraildə gərginlik: Netanyahu son 24 saatda ikinci təcili iclası keçirdi

Qobustanda çökmə baş verən körpü SÖKÜLÜR - VİDEO

Qobustanda çökmə baş verən körpü SÖKÜLÜR - VİDEO

Xameneyinin müşaviri ABŞ-a xəbərdarlıq etdi: "Geri çəkilin, yoxsa..."

Xameneyinin müşaviri ABŞ-a xəbərdarlıq etdi: "Geri çəkilin, yoxsa..."

DİQQƏT! Bu tarixdə qısa iş günü olacaq

DİQQƏT! Bu tarixdə qısa iş günü olacaq

End of content

No more pages to load

RADİO