Şəhid Toğrul Nağıyevin sonuncu rəqsi – VİDEO

Bir zaman adına “Könüllülərin komandiri” dedizdirən oğlan könüllərin komandiri oldu. Tarix qəhrəmanlarını heç vaxt unutmur, onları daş yaddaşına köçürərək orada əbədiləşdirir. Şəhidlik zirvəsi müqəddəs bir yüksəklikdir. Ora ucalan biri, zamanın məngənəsinə düşərək, qovuşduğu zirvədə gündən-günə daha da yüksəlir.

Biz bir millət olaraq, 44 günlük Vətən müharibəsi ilə mərdlik, qormazlıq səhifəsini vərəqlədik. 30 ilə yaxın seperatçı işğalçıların tapdağı altında qalan torpaqlarımız doğma insanların ləpirləri ilə dirçəldi, təmizləndi.

Torpaq həm də bizim beynimizin daxılında qalan qan yaddaşımızdır. Torpaq minlərlə qəhrəmanlarımızın qanı ilə yoğrulan azadlıq ruhumuzdur!

Bu gün haqqında danışacağım Şəki şəhərinin fəxri, qanı ilə, canı ilə qəhrəmanlıq dastanı yazan şəhid Nağıyev Toğruldur.  

Toğrulun bir rəqs müəllimi kimi ümidləri, xəyalları çox idi. Dostları ilə birləşib, rəqs məktəbi qurmuşdu. Gələcəkdə özü kimi rəqqaslar yetişdirmək arzusu vardı. Heyif ki, onun bu tumurcuqlanan, qol-budaq ata bilməyən arzuları oktyabrın 14-ü əbədi olaraq qanı ilə yoğrulmuş torpağında dəfn edildi.

Vətəninin dar günündə hamı kimi o da borcunu qaytarmağa tələsirdi. Toğrulu tanıyanlar bilirdi ki, onu evdə saxlamaq olmayacaqdı. Könüllü olaraq ordu sıralarına yazılan Toğrulu, hərbi komissarlığından geri qaytarırlar.

Təsəvvür edin, əsgərlərlə dolu avtobus, Toğrul güc-bəla ilə özünə orada yer tapıb, oturur. Hərbi komissarlıqdan gizli yoxlama var, adları yoxlayırlar, adı çıxmayan Toğrulu avtobusdan düşürürlər. Bu hadisə düz 4 dəfə təkrarlanır, sonda Toğrulun israrları nəticə verir, o, sentyabrın 30-u öz arzusuna çatır. 

Şəhidin bu inadkarlığına görə, ona Şəki komissarlığı “Könüllülərin komandiri” adını verirlər.
Oktyabrın 14-ü sonuncu döyüşünə girən Toğrul aldığı qəlpə yarasından ağır yaralanaraq, şəhidlik zirvəsinə ucalır. O, sonuncu rəqsini, “Şəhidlik” rəqsini Vətən səhnəsində oynadı. Bəlkə də bu “Qu quşunun son nəğməsi” kimi əbədiyyətə aparan bir ifa idi.

Çünki zaman gəlir öz dəyirmanında həyatın saniyələrini üyüdür, vaxt yetişir... 

Canından çox sevdiyi anasına və bütövlükdə mənsub olduğu millətə qəhrəmanlıq dastanı yazan şəhidim, KÖNÜLLƏRİN KOMANDİRİ!

Rahat uyu, sənin sonuncu ifan TORPAQLARIMIZI və sənin RUHUNU öz azadlığına qovuşdurdu!

Yerin cənnətdir, bilirəm!

Vüsalə Balayeva, Bizim.Media

 


 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:Aprelin 23-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Aprelin 23-də baş vermiş tarixi hadisələr

"Kıskanmak"ın final tarixi bəlli oldu

"Kıskanmak"ın final tarixi bəlli oldu

Mələkxanım Eyubova həyat yoldaşı ilə - FOTO

Mələkxanım Eyubova həyat yoldaşı ilə - FOTO

Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci HƏBS ETDİ

Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci HƏBS ETDİ

Avtomobil sürənlərin DİQQƏTİNƏ!

Avtomobil sürənlərin DİQQƏTİNƏ!

İrana müharibədə nə qədər ziyan dəyib? – QİYMƏTLƏNDİRMƏ

İrana müharibədə nə qədər ziyan dəyib? – QİYMƏTLƏNDİRMƏ

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

“Çelsi” baş məşqçini istefaya göndərdi

“Çelsi” baş məşqçini istefaya göndərdi

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

End of content

No more pages to load

RADİO