Şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verildi

Azərbaycan Banklar Assosiasiyası İkinci Qarabağ müharibəsi iştirakçılarının kredit borcu ilə bağlı bəyanat yayıb.

Bizim Media ABA-ya istinadə xəbər verir ki, son dövrlər bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə bankların kredit borcunun ödənməsi üçün şəhid ailələrini və qaziləri narahat etməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yer almaqdadır:

“Azərbaycan Banklar Assosiasiyası olaraq bir daha bəyan edirik ki, Azərbaycan Prezidentinin tapşırıqları və Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə banklar yekdil olaraq müəyyən qərarlar qəbul edib''.

''Belə ki, torpaqların azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinməsi, düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinməsi, hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılması, torpaqların azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilməsi, həmçinin torpaqların azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilməsinə dair qərarlar qəbul edilib”.

ABA-ya üzv banklar qəbul edilmiş qərarı tam şəkildə icra etməkdədir. Banklar cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış və şəhid olmuş şəxslər haqqında və digər əlaqədar məlumatlara malik olmurlar. Buna görə də, bankların şəhid ailələri və qazilərlə əlaqə saxlaması kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə deyil, yalnız onların müvafiq statusunun müəyyən edilməsi və bankın daxili məlumat bazasında uyğun qeydlərin aparılması məqsədi daşıya bilər.

Bizim Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Biz bu göstərici üzrə dünyada BİRİNCİ yerdəyik

İlham Əliyev: “Biz bu göstərici üzrə dünyada BİRİNCİ yerdəyik

Tramp 8 iranlı qadınla bağlı: "İrana və liderlərinə minnətdaram!"

Tramp 8 iranlı qadınla bağlı: "İrana və liderlərinə minnətdaram!"

Azərbaycan bir çox AVROPA ölkəsi üçün STRATEJİ tərəfdaşdır...

Azərbaycan bir çox AVROPA ölkəsi üçün STRATEJİ tərəfdaşdır...

Latviya Prezidenti Ağ Şəhər haqqında: MÖCÜZƏ yaratmısınız

Latviya Prezidenti Ağ Şəhər haqqında: MÖCÜZƏ yaratmısınız

Bu planın yerinə yetirildiyini düşünürəm - İlham Əliyev

Bu planın yerinə yetirildiyini düşünürəm - İlham Əliyev

ABŞ-ın İrana hücumunda İLK: 40 ildən sonra yenə BU SİLAHDAN istifadə etdi

ABŞ-ın İrana hücumunda İLK: 40 ildən sonra yenə BU SİLAHDAN istifadə etdi

Prezident: Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı PROBLEMLİDİR

Prezident: Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı PROBLEMLİDİR

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

Güləşçimiz Həsrət Cəfərov Avropa çempionu oldu

Güləşçimiz Həsrət Cəfərov Avropa çempionu oldu

Tanklar, helikopter və ağır silahlar... Qardaşların birgə TƏLİMİ - VİDEO

Tanklar, helikopter və ağır silahlar... Qardaşların birgə TƏLİMİ - VİDEO

Yuxarı təzyiqdən əziyyət çəkənlərin nəzərinə: dərmanlar bu səbəbdən təsir etmirmiş

Yuxarı təzyiqdən əziyyət çəkənlərin nəzərinə: dərmanlar bu səbəbdən təsir etmirmiş

Livan: İsrail qüvvələri yaralı jurnalistlərə yaxın getməyə qoymur

Livan: İsrail qüvvələri yaralı jurnalistlərə yaxın getməyə qoymur

DSK-nin anbarında 4,7 milyonluq planşet aşkarlandı

DSK-nin anbarında 4,7 milyonluq planşet aşkarlandı

İsrail prezidenti Livana avtomobillə getməyi arzulayır

İsrail prezidenti Livana avtomobillə getməyi arzulayır

Daha bir xəstəxananın direktoru İŞDƏN ÇIXDI

Daha bir xəstəxananın direktoru İŞDƏN ÇIXDI

HAVAYA həssas olan insanların DİQQƏTİNƏ!

HAVAYA həssas olan insanların DİQQƏTİNƏ!

"Plastik əməliyyatla əzaları böyütmək görməmişlikdir"

"Plastik əməliyyatla əzaları böyütmək görməmişlikdir"

ABŞ bu ölkəyə DOLLAR axınını dayandırdı

ABŞ bu ölkəyə DOLLAR axınını dayandırdı

Bakıda bəzi yollar bu gecədən BAĞLANACAQ

Bakıda bəzi yollar bu gecədən BAĞLANACAQ

"Qarabağ"ın oyununa bütün biletlər satıldı

"Qarabağ"ın oyununa bütün biletlər satıldı

Ceyhun Bayramov Baiba Braze ilə görüşüb - FOTO

Ceyhun Bayramov Baiba Braze ilə görüşüb - FOTO

Prezidentdən latviyalı həmkarı ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentdən latviyalı həmkarı ilə bağlı PAYLAŞIM - FOTO

Bakıda sinif yoldaşına xəsarət yetirən yeniyetmə HƏBS EDİLDİ

Bakıda sinif yoldaşına xəsarət yetirən yeniyetmə HƏBS EDİLDİ

BARAT YUSUBOV vəzifəsindən azad ediləndən sonra MÜAVİNİ də ərizəsini yazdı

BARAT YUSUBOV vəzifəsindən azad ediləndən sonra MÜAVİNİ də ərizəsini yazdı

End of content

No more pages to load

RADİO