Bayraqla zarafat etdiyinə görə Bakı Dövlət Universitetindən (BDU) xaric olunan Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədov universitetə bərpa olunub.
Bizim.Media xəbər verir ki, ona sonuncu xəbərdarlıq edilib və şiddətli töhmət verilib.
Qeyd edək ki, P.Məhəmmədov onlayn dərs zamanı bayrağımıza qarşı hörmətsizlik etmə iddiası ilə universitetdən xaric edilmişdi.
Universitet rəhbərliyinin bu qərarı sosial şəbəkələrdə ciddi qınanılmışdı.
P.Məhəmmədov da videomüraciət yayaraq, etdiyi hərəkətdən peşman olduğunu bildirmiş və hər kəsdən üzr istəmişdi.
Bizim.Media