Ermənistandan Qarabağa bu gün 2431 erməni qayıdıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənilərin geri qayıtmasını və yerləşməsini, infrastrukturun bərpasını rus sülhməramlıları həyata keçirir. Həmçinin Rusiya ermənilərə humanitar yardım da edir.
Qeyd edək ki, 14 noyabrdan bəri Ermənistandan qayıdan ermənilərin sayı 23514-ə çatıb.
Bizim.Media