Ağcabədinin icra başçısına qarşı 20 minlik rüşvət ittihamı...

Moderator.az saytına Ağcabədi rayon sakini tərəfindən dəhşətli məlumat daxil olub. Heç bir şərh vermədən onu oxuculara təqdim edirik:

“Mən Həsənov Yunis Sədi oğlu Ağcabədi şəhəri 20 yanvar küçəsi ev 42-də yaşayıram. Ali təhsilli fizika müəllimiyəm. Uzun müddət Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında işləmişəm, iki fakultənin dekanı, sonra isə rayondakı peşə məktəbinin direktoru olmuşam. 2012-ci ilin aprelində məndən 20 min manat pul istənilmişdi. İyulun 18-də isə icra başçısı Şahin Məmmədovun tələb etdiyi 20 min manatı verə bilmədiyimə görə işdən azad olunmuşam. 17 aydır ki, işsizəm. Bu müddət ərzində başçıya etdiyim çoxsaylı müraciətlər cavabsız qalıb. 18 dekabrda isə yenidən bu dəfə ailəlikcə Şahin Məmmədovun qəbuluna getmişik. Çünki bizə məlum idi ki, o dekabrın 19-dan məzuniyyətə gedəcək. Ancaq bizi qəbul etməkdən imtina etdi. Aqrar sahəyə cavabdeh başçı müavini Leyla Əsgərova bizi qəbul etdi, sonra birinci müavin Rövşən Əhmədovun qəbulunda olduq. Hər ikisi artıq bıçağın sümüyə dirəndiyini görüb bizə səbrli olmağı tövsiyə etdilər və söz verdilər ki, probleminizi həll edəcəyik.”

Yunis Həsənov deyir ki, pulu başçının adından ondan birinci müavin Rövşən Əhmədov istəyib: “ Biz orda qəbulda olduğumuz vaxtda icra başçısı hamanitar sahə üzrə müavini və təhsil şöbəsinin müdiri Mehdi Əhmədovun adından evimizə teleqram göndərib ki, siz Ağcabədi təhsil şöbəsində metodist vəzifəsinə təyin olunmaq üçün sənədlərinizi təqdim edin. Halbuki 17 aydır bir iş üçün mübarizə aparsaq da bizə müsbət cavab verən olmayıb. Mən noyabrın 15-də təhsil naziri Mikayıl Cabbarov Ağcabədidə vətəndaşları qəbul edərəkən onun qəbulunda olmuşam. Mən Ağcabədi təhsilində olan poblemlərin və digər neqativ halların hamısı barədə naziri ətraflı məlumatlandımışam. Onda nazir mənə söz verdi ki, səbrli olun, mən sizə köməklik göstərəcəm. Başçının birinci müavinindən ağcabədililər “dad” deyir və heç başçının özünün də onun harda təhsil aldığından xəbəri belə, yoxdur. Bu adam bütün Ağcabədini özəlləşdirib öz adına, bütün rayonu zəbt eləyib. Mən sizə və müvafiq qurumlara, Prezident Administrasiyasına müraciət edərək Rövşən Əhmədovun təhsili də daxil olmaqla onun bioqrafiyasının araşdırılmasını xahiş edirəm.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bu BÜRCLƏR pul içində "üzəcək"

Bu BÜRCLƏR pul içində "üzəcək"

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB

Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB

Ötən il Azərbaycanda 1 uşağa Zidan adı verilib

Ötən il Azərbaycanda 1 uşağa Zidan adı verilib

"Yeraltı"da o da olacaq - FOTO

"Yeraltı"da o da olacaq - FOTO

İran XİN: “Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq”

İran XİN: “Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq”

Eldar Əzizov Ramanada su basmış ərazilərdə: Tapşırıqlar verdi – FOTO

Eldar Əzizov Ramanada su basmış ərazilərdə: Tapşırıqlar verdi – FOTO

Daha bir ölkə Azərbaycanda səfirlik AÇIR

Daha bir ölkə Azərbaycanda səfirlik AÇIR

Amnistiya aktı 18 mindən çox şəxsə şamil edilib – RƏSMİ

Amnistiya aktı 18 mindən çox şəxsə şamil edilib – RƏSMİ

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

End of content

No more pages to load

RADİO