Abşeronda yaşayış binasında yanğın baş verib.
Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış binasında (Viktoriya yaşayış kompleksi) yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Binanın şaxtasında elektrik naqillərinin və sayğacların yandığı bildirilir. 17 nəfər bina sakini (o cümlədən 7 azyaşlı) təxliyə olunub. Yanğın söndürülüb.
Bizim.Media