Rüstəm İbrahimbəyov Tiflisdə İsa Qəmbərlə görüşməməsinin səbəblərini açıqlayıb

“Dünən saat 17:00-da Tiflisdən Moskvaya qayıtmışam. Həmin vaxta qədər Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın rəhbərliyindəki digər şəxslərdən mənə zəng edən olmadı, Tiflisdə görüşümüz keçirilmədi. Şəxsən mən belə görüşün keçirilməsinə zərurət görmədim, Müsavat Partiyasının bu məsələ ilə bağlı mövqeyini, səbəbləri isə bilmirəm”.

Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Rüstəm İbrahimbəyov deyib.
 
O, bildirib ki, Milli Şurada həmsədrlik institutunun yaradılması, gələcək fəaliyyəti ilə bağlı məsələlər məhz qurumun sessiyasında həllini tapmalıdır. R. İbrahimbəyovun sözlərinə görə, Cəmil Həsənli ABŞ-dan dönəndən sonra keçiriləcək sessiyada Milli Şuranın gələcəyi ilə bağlı lazımi qərarlar qəbul ediləcək. R. İbrahimbəyov Milli Şurada Eldar Namazovun rəhbərlik etdiyi İcra Aparatının fəaliyyətindən də narazı olduğunu bildirib. Qeyd edib ki, hazırda Milli Şuranın və qurumun İcra Aparatının fəaliyyəti ilə bağlı sənədlərin üzərində iş gedir: “Milli Şuranın sessiyasında lazımi qərarlar qəbul ediləndən sonra işlər qaydaya düşəcək”.
 
R. İbrahimbəyov Eldar Namazovun Milli Şuraya paralel qurumlar yaradılmalı olduğu barədə təşəbbüsünə isə elə Eldar Namazovun özünün aydınlıq gətirməsini zəruri sayıb: “Mənə gəlincə, bizim Milli Şurada konkret işlərimiz var, o işləri görməliyik”.
 
O, Tiflisə gəlişinin yalnız Rusiya, İspaniya, Azərbaycan və Gürcüstanın təşəbbüsü ilə çəkilən filmlə bağlı olmadığını açıqlayıb. R. İbrahimbəyov bir neçə il əvvəl “Əli və Nino” əsəri ilə bağlı ssenari yazdığını və bu yaxınlarda həmin ssenari əsasında çəkilişlərin başlayacağını nəzərə çatdırıb: “Mən Gürcüstanda da əsasən “Əli və Nino” ilə bağlı işlərlə məşğul idim. Çəkilişlər gələn ilin yayına qədər aparıla bilər, ancaq öncə çəkilişə hazırlıqlar aparılır. Çəkiliş Gürcüstan və Azərbaycanda olacaq. Çəkilişlərlə hazırlıqlarla əlaqədar Bakıya gələcəyəm. Gələn ilin mart ayının əvvəlinə qədər fəaliyyət planım hazırdır, dekabr-yanvar aylarında ABŞ-da, daha sonra Avropada işlərim var. Bakıya mart ayından tez gəlməyəcəyəm”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

Mələkxanım Eyubovanın həyat yoldaşı nəvəsi ilə - VİDEO

Mələkxanım Eyubovanın həyat yoldaşı nəvəsi ilə - VİDEO

30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərildi

30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərildi

Əraqçinin Livana səfəri qəfil LƏĞV EDİLDİ

Əraqçinin Livana səfəri qəfil LƏĞV EDİLDİ

Ömürlük məhkum edilən separatçıların MƏHKƏMƏSİ OLDU - FOTO

Ömürlük məhkum edilən separatçıların MƏHKƏMƏSİ OLDU - FOTO

Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – SƏBƏBLƏR

Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – SƏBƏBLƏR

Türk dövlətlərinin birgə dini eksiklopediyası YARADILA BİLƏR

Türk dövlətlərinin birgə dini eksiklopediyası YARADILA BİLƏR

Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun BƏYANATI

Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun BƏYANATI

Pakistanda tədris mərkəzinin tavanı uçdu – Uşaqlar dağıntılar altında qaldı - VİDEO

Pakistanda tədris mərkəzinin tavanı uçdu – Uşaqlar dağıntılar altında qaldı - VİDEO

"Ev deyil, qanunsuz tikili sökülür" – Yasamal RİH-dən açıqlama

"Ev deyil, qanunsuz tikili sökülür" – Yasamal RİH-dən açıqlama

İran ABŞ ilə danışıqlar barədə: “Qərarı biz verəcəyik”

İran ABŞ ilə danışıqlar barədə: “Qərarı biz verəcəyik”

Qazaxıstan rəsmisi: "Dindən şəxsi və eqoist məqsədlər üçün istifadə edənlər var"

Qazaxıstan rəsmisi: "Dindən şəxsi və eqoist məqsədlər üçün istifadə edənlər var"

Azərbaycan gələn il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək – Rəsmi açıqlama

Azərbaycan gələn il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək – Rəsmi açıqlama

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir çimərlik istifadəyə verildi - FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir çimərlik istifadəyə verildi - FOTOLAR

Bakıda mühüm GÖRÜŞ: İtkin düşmüş şəxslərin taleyi müzakirə olundu - FOTO

Bakıda mühüm GÖRÜŞ: İtkin düşmüş şəxslərin taleyi müzakirə olundu - FOTO

Dövlət yerli buğda tədarükünə başlayır – Şərtlər

Dövlət yerli buğda tədarükünə başlayır – Şərtlər

Azərbaycan şahmatçılarının dünya reytinqində MÖVQEYİ AÇIQLANDI

Azərbaycan şahmatçılarının dünya reytinqində MÖVQEYİ AÇIQLANDI

750 milyardlıq saziş sabahdan QÜVVƏYƏ MİNİR

750 milyardlıq saziş sabahdan QÜVVƏYƏ MİNİR

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ – VİDEO

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ – VİDEO

TDT-yə üzv ölkələrin dini qurumlarının rəhbərləri Şuşa Kommünikesini İMZALADILAR – FOTO

TDT-yə üzv ölkələrin dini qurumlarının rəhbərləri Şuşa Kommünikesini İMZALADILAR – FOTO

Bakıda 77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar DƏYİŞDİRİLİR

Bakıda 77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar DƏYİŞDİRİLİR

Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

End of content

No more pages to load

RADİO