“Metro
insanların hərəkəti, bir yerdən başqa yerə getməsi üçündür.İnsanların qəzet,
kitab ticarəti ilə məşğul olması üçün heç də münasib yer deyil. İndiyə qədər metroda mətbuat yayımı və
yaxud da buna oxşar fəaliyyət olubsa, bu qeyri qanuni olub." Bu sözləri mətbuata
verdiyi son açıqlamasında Prezident
Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Moderator.az-a açıqlama
verən "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev isə metrodakı qəzet
satışının insanların burada rahat hərəket etməsinə heç bir maneə törətmədiyini bildirdi:
“Hesab
edirəm ki, səslənən fikirlər real vəziyyəti əks etdirmir. Bakı metrosu qəzet yayımı
üçün əlverişli yerdir. Biz bu təcrübəni dünyanın digər iri şəhərlərindən
götürmüşük. Əhalisi və metro istifadəçiləri Bakıdan qat-qat çox olan şəhərlərin
metropolitenlərində bu gün də rahatlıqla qəzet və jurnallar satılır.”
Xəyal Əzizov