ARDNŞ prezienti Rövnəq Abdullayev mətbuata son açıqlamasında “Bulla” dəniz yatağında baş verən qəzanın nəticələrini aradan qaldırmaq üçün fasiləsiz tədbirləin davam etdiyini, vəziyyətin nəzarət altında olduğunu bildirib. Bununla bağlı Moderator.az-ı bilgiləndirən özəl mənbə isə quyuda baş verən yanğının hələ də nəzarət altına alınmadığını qeyd edib: “Yataqdakı yanğının nəzarət altında alındığı və səngidiyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Bir neçə min metr dərinlikdən qaynaqlanan yanğını söndürmək üçün bugünə qədər edilən bütün səylər nəticəsiz qalıb. Türkiyə və İsraildən alınan və dərin qatlarda baş verən yanğınların söndürülməsi üçün nəzərdə tutulan xüsusi raketlər də yanğının qarşısını ala bilməyib. Hansı ki, yanğının nüvəsində partladılan bu raketlərin içindəki xüsusi maddələrin alovun miqyasını azaldacağı ilə bağlı böyük gözləntilər mövcud idi. Fəqət yatağa qısa fasilələrlə çoxlu sayda raket zərbələri endirilsə də, yanğın demək olar ki, əvvəlki şiddəti ilə davam etməkdədir. Yanğının yaxın günlərdə söndürülməsi də hələlik istisnadır”.