Ronaldinyo ilə müqavilə imzalayan azərbaycanlı – Məşhur futbolçuya nə qədər PUL ÖDƏYİB? – MÜSAHİBƏ 

Bu yaxınlarda “Eleven Kings” futbol oyununu yaradıcılarından biri, Orxan Rzayev dünya futbol ulduzu Ronaldinyo ilə uzunmüddətli əməkdaşlığa başlayıb. Bununla da startap futbol ulduzunun simasından və sosial media gücündən istifadə etmək imkanı əldə edib. Bundan sonra “Eleven Kings” Ronaldinyonun sosial media hesabları üzərindən reklam olunacaq. 

Bizim.Media Orxan Rzayev ilə həmsöhbət olub. Müsahibə zaman gənc iş adamı maraqlı məqamlara toxunub.

O, Ronaldinyo ilə əməkdaşlıq üçün 3 il gecə-gündüz çalışdıqlarını bildirib.
Maraqlı müsahibəni təqdim edirik:

- Orxan, Ronaldinyo ilə əməkdaşlığınız necə başladı? Bu ideya haradan yarandı? Niyə məhz Ronaldinyo?

- Mənim üçün futbol tarixinin ən maraqlı siması Ronaldinyodur. Deyə bilərzsiz ki, Messi, Ronaldo və digərlərinin daha çox naliyyətləri var bu doğrudur. Ancaq mənim üçün futbola qatdığı rəng üçün Ronaldinyo bir nömrəli simadır. Ona görə qərar verdik ki, simamız məhz o olsun. Əlbəttə ki, o zaman üçün bu fikir bir az gülməli, absurd səslənirdi. Ancaq biz bu arzunun xəyal olaraq qalmasına izn vermədik və hədəfə doğru inamla irəlilədik. Danışıqlar 3 il davam etdikdən sonra yaxşı nəticə verdi. 

- Sirr deyilsə bu müqavilə üçün nə qədər məbləğ ödənilib? Adətən bu cür ulduzlarla müqavilə imzalamaq üçün milyonlarla pul tələb olunur.

- Haqlısınız. Əslində İnstagramda 100 milyondan çox izləyicisi olan Ronaldinyo kimi bir sima ilə bu həcmdə əməkdaşlıq müqaviləsi imzalamaq  5-10 milyon civarında məbləğə başa gəlir. Lakin bizim komanda buna 0 büdcə ilə nail ola bildi. Biz onun komandasını inandıra bildik ki, “Eleven Kings”in gələcəyi, potensialı böyükdür. Bunun nəticəsində milyonlarla dəyəri olan bir müqaviləyə pul xərcləmədən imza atdıra bildik. Futbolçunun imicindən və sosial media gücündən istifadə edərək sürətlə inkişaf edib böyüməyə hədəfləyirik. Mən inanıram ki, qısa müddət ərzində “Eleven Kings” oyunu dünyanın hər yerində adı çəkilən bir biznes platformasına çevriləcək. 

- Uğurunuz sevinirik və təbrik edirəm. Siz bu layihəniz ilə həyatda hər şeyin mümkün ola biləcəyini sübut etdiz. İstərdim uğur hekayənizdən də danışasınız. Necə oldu birdən –birə belə bir layihəyə başlamağa qərar verdiniz?

-Artıq 12 ildir ki, startap sferasındayam. İndiyə qədər müxtəlif layihələr üzərində çalışmışam. Bu onlayn alış-veriş, marketinq platformaları və.s. olub. Lakin bunlar daha çox lokal səviyyəli olub. 2017- ci ilin yayında artıq qərara gəldik ki, qlobal səviyyəli bir startap layihəsi yaratmağa cəhd edək və “Eleven Kings” futbol oyununu yaratdıq. Buna səbəb də uşaqlıqdan futbol həvəskarı olmağım idi. Dünyada demək olar ki, elə bir futbol menecer oyunu yoxdur ki, mən onu oynamayım. Buna görə bu oyunların  həm istifadəçi, həm də biznes tərəfinə yaxşı bələdəm.

- “Eleven Kings” layihəsinin uğurunu necə əldə etdiniz? Bunun xüsusi düsturu varmı?

- Oyun ilk dəfə 2019-cu il ilin sentyabr ayında “Google Play Store” da istifadəyə verilib. Bu layihəyə 4 nəfərlik komanda ilə başlamışdıq.  Elşad Pirimov, Nicat Zamanov, Sərxan Rzazadə və mən. Oyunun artıq ilkin versiya prototipi çıxdıqdan sonra digər insanlarda da bu oyuna maraq yarandı və komandaya qoşulanlar oldu. İndiyə qədər oyuna 4-ü Azərbaycan, biri isə Kanadadan olmaqla 5 nəfər sahibkar toplam 250.000 ABŞ dolları investisiya edib. Bu məbləğlə biz neçə il ərzində oyunu inkişaf etdirib, bu səviyyəyə çatdırmışıq.

- Planda nə yeniliklər var?

- Artıq toxum mərhələ investisiya etapı üçün yeni danışıqlar aparırıq. Artıq investisiya yatırımlarını genişləndirib bir milyon dollar investisiya cəlb etməyi planlaşdırırıq. Bu mərhələ üçün hazırda bir neçə şirkətlə danışıqlarımızı davam etdiririk. İnanıram ki, Ronaldinyo ilə əməkdaşlığımız bu prosesi sürətləndirəcək. 

Vüsalə Balayeva, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

End of content

No more pages to load

RADİO