“Associated Press” məcburi köçkünlərimizdən yazdı

“Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə yayıb.

Bizim.Media xəbər verir ki, “Müharibə səbəbindən köçkün düşən azərbaycanlılar evlərinə geri qayıtmaq istəyirlər, əgər belə bir ev qalıbsa” sərlövhəli reportajda əvvəlcə Azərbaycanın Qarabağda altı həftə davam edən uğurlu hərbi əməliyyatlarından bəhs olunur.

Bildirilir ki,1990-cı illərdə müharibə zamanı azərbaycanlılar Qarabağdan və ətraf ərazilərdən çıxarılıblar.

Altı həftəlik hərbi əməliyyatlardan sonra noyabrın 10-da Azərbaycan həmin ərazilərə nəzarəti bərpa etdi. Hərbi əməliyyatlara son qoyan razılaşmaya əsasən qalan ərazilər də Azərbaycana qaytarılır.

Azərbaycan hərbçiləri sülh yolu ilə qaytarılan ərazilərdən birincisi olan Ağdama girdikdə isə şəhərin tam bir xarabalığa çevrildiyini gördülər.

1992-ci ildə köçkün düşmüş Adil Şərifov adlı şəxs deyir ki, onun doğma Cəbrayıl rayonunda da eyni vəziyyətdir.

Lakin buna baxmayaraq o, Cəbrayıla geri qayıdacağı günün həyatının ən xoşbəxt günü olacağını qeyd edir.

Müəllif yazır Cəbrayıl hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən geri qaytarılıb. Rayon azad ediləndən sonra Adilin qohumlarından biri oraya gedib və şəhərin, eləcə də bir vaxtlar yaşadıqları evin dağıdıldığını bildirib.

Uzun illər ərzində Cəbrayıldan aldıqları pis xəbərlərə baxmayaraq, Adilin anası evlərinin açarlarını hələ də saxlayıb. Adil orada daha yaxşı ev tikdirəcəyini deyir.

Adil Şərifov bildirir ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın qanunlarına əməl etsələr, özlərini sakit aparsalar onlarla sülh içində yaşaya biləcəyik. Bizim də istədiyimiz sülhdür.

Məqalədə qeyd edilir ki, Şuşadan olan 50 yaşlı Ülviyyə Cumayeva isə ən azı daha yaxşı vəziyyətdə olan şəhərə qayıda biləcək.

Döyüşlərdə iştirak edən qardaşı Nəsimi ona zəng edib bir vaxtlar yaşadıqları evin salamat qaldığını deyib.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qaytarıb. Ülviyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar.

O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidi ilə yaşadıqlarını bildirib.

Ülviyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin də olduğunu xatırlayaraq deyib ki, o, onlara qarşı heç vaxt pis münasibətdə olmayıb.

Müharibəni başladıb, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Məclisin iclası başladı - Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı - Hansı məsələlər müzakirə olunur?

Sürücülərin DİQQƏTİNƏ! Bakı-Sumqayıt yolunda kilometrlərlə uzanan TIXAC VAR - VİDEO

Sürücülərin DİQQƏTİNƏ! Bakı-Sumqayıt yolunda kilometrlərlə uzanan TIXAC VAR - VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi - CƏDVƏL

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi - CƏDVƏL

Yumurta ucuzlaşacaq – Bu TARİXDƏN

Yumurta ucuzlaşacaq – Bu TARİXDƏN

Bakıda AĞIR QƏZA - Yaralılar var - VİDEO

Bakıda AĞIR QƏZA - Yaralılar var - VİDEO

Sinif yoldaşının yandırdığı uşağın SON DURUMU

Sinif yoldaşının yandırdığı uşağın SON DURUMU

Bakıda qanunsuz parklanma yeri nəzarətə götürüldü – VİDEO

Bakıda qanunsuz parklanma yeri nəzarətə götürüldü – VİDEO

Magistralda “protiv” gedirdi, saxlanıldı – VİDEO

Magistralda “protiv” gedirdi, saxlanıldı – VİDEO

Kevin Medina “Qarabağ”dan gedir?

Kevin Medina “Qarabağ”dan gedir?

Sürücülər cərimədən yayınmaq üçün YENİ ÜSUL tapıb – “Telefon üçün çətirlər” - VİDEO

Sürücülər cərimədən yayınmaq üçün YENİ ÜSUL tapıb – “Telefon üçün çətirlər” - VİDEO

Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?

Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?

Azərbaycan nefti kəskin BAHALAŞDI

Azərbaycan nefti kəskin BAHALAŞDI

Bu əraziyə 87 sm qar yağıb - FAKTİKİ HAVA

Bu əraziyə 87 sm qar yağıb - FAKTİKİ HAVA

15 il boyunca hər gün 1 yumurta yesəniz, nə baş verər? – Araşdırma

15 il boyunca hər gün 1 yumurta yesəniz, nə baş verər? – Araşdırma

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə əlavə reyslər TƏYİN EDİLDİ

Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə əlavə reyslər TƏYİN EDİLDİ

Bakı-Sumqayıt yolundakı tıxac belə azaldılacaq – VİDEO

Bakı-Sumqayıt yolundakı tıxac belə azaldılacaq – VİDEO

Azərbaycandan Ermənistana dizel göndəriləcək

Azərbaycandan Ermənistana dizel göndəriləcək

Gənclər niyə bu İXTİSASI seçir?

Gənclər niyə bu İXTİSASI seçir?

“Bakı Dairəvi yolu Ziya Bünyadov prospekti ilə birləşdiriləcək” – VİDEO

“Bakı Dairəvi yolu Ziya Bünyadov prospekti ilə birləşdiriləcək” – VİDEO

"Belə sənədlər etibarlı deyil" — Ev almaq istəyənlərin nəzərinə

"Belə sənədlər etibarlı deyil" — Ev almaq istəyənlərin nəzərinə

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Yaponiyadakı zəlzələdə xəsarət alanlar var

Yaponiyadakı zəlzələdə xəsarət alanlar var

Gözlənilməz şans qazanacaq BÜRCLƏR: Pul və...

Gözlənilməz şans qazanacaq BÜRCLƏR: Pul və...

End of content

No more pages to load

RADİO