Xəbər verdiyimiz kimi, şənbə günü böyük bir nümayəndə heyəti ilə Rusiyanın hökumət nümayəndələri İrəvanda və Bakıda olub.
Rusiya nümayəndə heyəti İrəvanda bir sıra görüşlər keçirib.
Heyətdə təmsil olunan Rusiyanın səhiyyə naziri Mixail Muraşko erməni həmkarı ilə görüşdə "Sputnik V" peyvənd nümunələrini Ermənistana təhvil verib.
Bizim.Media xəbər veriri ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Muraşko iki ölkənin tibb sahəsində qarşılıqlı münasibətlərinin davam etdiriləcəyini, rusiyalı həkimlərin isə Ermənistandakı həmkarlarına lazımi məsləhət və praktik yardım göstərməyə hazır olduqlarını vurğulayıb.
Bizim.Media