Lənkəranda bir nəfər günvurmadan ölüb. Lənkəran Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Abad Bəşirov ot biçərkən günvurma nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.