Millət vəkili Emin Milliyə "Hitler" dedi

Jurnalist Eynulla Fətullayevlə həmkarı Xədicə İsmayıl və bloqqer Emin Milli arasındakı qarşıdurma sosial şəbəkələrdə söz atışması qızışır. 

Moderator.az xəbər verir ki, millət vəkili Fazil Mustafa da bu məsələyə münasibət bildirib. F.Mustafanın yaydığı statusu təqdim edirik: 

"Bu mübahisəyə qarışmaq istəməzdim. Təbii ki, təhqiramiz status yazan bütün şəxslərin insan olaraq ləyaqət problemi olduğunu düşünürəm və başqalarını sözün gücü ilə mədəni və səviyyəli üslubda tənqid edərək haqsızlığını ortaya qoymağa gücü çatmayanların təfəkkür geriliyinin bir nümunəsidir təhqir...Olsun. Necə deyərlər, bir hədis ifadəsində deyildiyi kimi: “Pis söz sahibinindir!” Jurnalist Eynulla Fətullayevin jurnalist Xədicə İsmayılova və bloqqer Emin Milli tərəfindən təhqir olunmasına yəqin ki, özünün cavab sözü və gücü yetərlidir. Toxunacağım mövzu başqadır. Xədicə İsmayılova yazır ki, Eynulla Fətullayevin yaratdığı saytı oxuyan, müsahibə verən hər kəsin ağlına şübhə ilə yanaşır. Emin Milli isə Eynullanın dostluğunda olanları öz dostluğundan siləcəyi ilə hədələyir.

Bunlar həqiqətənmi bu dünyagörüşlə demokratiya uğrunda mübarizə apardıqlarını iddia edirlər? Modern insan hətta düşmən hesab etdiyi şəxslərin görüşlərini oxumalı, onu müzakirə etməli, nəyin doğru, nəyin yalan olduğunu araşdırmalı, münasibətini ortaya qoymalıdır. Mənim sevmədiyimi oxuyanlar ağılsızdır deyən zehniyyət, mənim sevmədiyim insanla dost olanlar düşməndir, deyə tələffüz edən bir düşüncə sahibinin Hitlerdən fərqi böyükdürmü? İdeoloji xəstəlik, insan natamamlığı gör bir haraya sürükləyir bunları? Düşüncələrində yer alan insan dəyərləndirməsinin yanlış mühakiməsinə də qarışmıram. Sadəcə, özünüzə heç olmazsa, demokrat deməyin, demokratik hərəkatın təmsilçiləri olduğunuzu iddia etməyin. Deyin ki, bu hakimiyyətin düşməniyik, bu rejimi dəyişmək istəyirik. Ancaq gətirmək istədiyimiz sistemin, düşüncə tərzinin demokratiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Somalidə terror əsdirən “Əl-Şahab” qruplaşması var. “Quran”dan başqa bir şey oxuyanı kafir olaraq görürlər. Onlardan fərqiniz nədir? Harasından baxsan, bu yanaşma acınacaqlı bir psixi pozuntudan xəbər verir. Mən xəbər izləyirəm, sayt oxuyuram, Eynulla Fətullayevi də, hətta insan kimi sayğı duymadığım halda Xədicə İsmayılovanı da, Emin Millini də, bir erməni, bir rus, bir yəhudi yazarını da, saytını da oxuyub, problemin qoyuluşunun doğru və ya yanlış olduğunu təhlil edirəm. Başqa ağlı başında olan hər kəs eyni cür davranır, məncə... Yoxsa sənin sevmədiyin şəxsi və ya saytı hamılıqla inkar etməyə səsləyiş faşizm, bolşevizim, xomeynizm, maoizm və başqa yüz cür “izm”dir, ancaq heç bir halda DEMOKRATİZM deyildir".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tovuzda avtomobil mal-qaranı vuraraq aşdı - Xəsarət alanlar var

Tovuzda avtomobil mal-qaranı vuraraq aşdı - Xəsarət alanlar var

DÇ-2026: İspaniya - Səudiyyə Ərəbistanı oyunu başladı

DÇ-2026: İspaniya - Səudiyyə Ərəbistanı oyunu başladı

Şirvanda açıq ərazidə yanğın - VİDEO

Şirvanda açıq ərazidə yanğın - VİDEO

“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?

“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?

Paşinyan müxalifəti tamamilə sıradan çıxarır

Paşinyan müxalifəti tamamilə sıradan çıxarır

Volqoqradın adını dəyişdilər - Yenə Stalinqrad oldu

Volqoqradın adını dəyişdilər - Yenə Stalinqrad oldu

"Neftçi" Emin Mahmudov və Emil Balayevlə müqavilənin müddətini uzatdı

"Neftçi" Emin Mahmudov və Emil Balayevlə müqavilənin müddətini uzatdı

Lökbatanda mikroavtobus yük maşınına çırpıldı - VİDEO

Lökbatanda mikroavtobus yük maşınına çırpıldı - VİDEO

Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandı

Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandı

Almaniyada məmurlara və hərbçilərə səhvən 5 milyon avro artıq pul ödənildi

Almaniyada məmurlara və hərbçilərə səhvən 5 milyon avro artıq pul ödənildi

ABŞ-da təyyarə qəzaya uğradı - 3 İsrail vətəndaşı həlak oldu

ABŞ-da təyyarə qəzaya uğradı - 3 İsrail vətəndaşı həlak oldu

Dəhşətli yanğın: 9000 avtomobil və 60 illik ailə biznesi külə döndü

Dəhşətli yanğın: 9000 avtomobil və 60 illik ailə biznesi külə döndü

Milyonların ölümünə səbəb olan Lenin Nobel Sülh Mükafatına necə namizəd oldu? – TARİXİ SİRLƏR

Milyonların ölümünə səbəb olan Lenin Nobel Sülh Mükafatına necə namizəd oldu? – TARİXİ SİRLƏR

Trampın 4 aylıq avantürası İranın strateji qələbəsi ilə başa çatdı - "19FortyFive"

Trampın 4 aylıq avantürası İranın strateji qələbəsi ilə başa çatdı - "19FortyFive"

Pentaqonun sirləri: Minabdakı məktəbə endirilən zərbənin təhqiqatı məxfiləşdiriləcək

Pentaqonun sirləri: Minabdakı məktəbə endirilən zərbənin təhqiqatı məxfiləşdiriləcək

DÇ-2026: İspaniya və Səudiyyə Ərəbistanının start heyətləri açıqlandı - FOTO

DÇ-2026: İspaniya və Səudiyyə Ərəbistanının start heyətləri açıqlandı - FOTO

Gecələr yata bilməyənlər bunu oxusun

Gecələr yata bilməyənlər bunu oxusun

Tramp: Britaniyanın Baş naziri istefa verəcək

Tramp: Britaniyanın Baş naziri istefa verəcək

ABŞ-ın enerji katibi: Ötən gün Hörmüz boğazından 67 gəmi keçib

ABŞ-ın enerji katibi: Ötən gün Hörmüz boğazından 67 gəmi keçib

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO