Ağdamlı jurnalist: Ağdam bizə necə qayıtdı?

Ağdam bizə qayıtdı.

Daha heç kim onu Xirosimaya bənzətməyəcək, yox, daha o heç ruhlar şəhəri də deyil...

2008-ci ildə "Lonely Planet" jurnalı, Şotlandiyanın nüfuzlu “The Press and Journal” nəşri Ağdamı  həmin Xirosimaya bənzətmişdi.  2010-cu ildə Əl-Cəzirənin  internet nəşri Ağdamı "ruhlar şəhəri" adlandırmışdı.

Ağdam bizə qayıtdı... Bu qayıdışın yolları hamar olsun deyə, minlərlə can qurban oldu... Düz 27 il hər il şəhidlər verdik... Mücadilə etdik, hirsimizi içimizə boğduq... Həmişə alınmadı...

Ramil Səfərov bayrağımıza kəm baxan marqaryanları cəhənnəmə vasil elədi... Mübariz İbrahimov səbirsizləndi, səngəri aşıb tək başına düşmənə qan uddurdu, ər kişiliyin nə olduğunu sübut elədi...

2016-cı ildə aprel döyüşlərində ərənlərimiz düşmənə Azərbaycanın gücünü göstərdilər...

Ağdam bizə qayıtdı... O qayıdışı yaşamaq üçün Füzulidə sinə hərbə meydan oldu, Cəbrayılda hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu, namusunu hifz etmək üçün Zəngilanı bağrımıza basdıq, BAYRAĞINI yüksəltmək üçün Qubadlıdan geçdik... ŞUŞAda ucaltdıq bayrağımızı!

Ağdam bizə qayıtdı... Gözəl şəhərim sən qayıdana qədər, sənin yoxluğunda təkcə səni yox, üç doğmamı da itirdim... Atamı, anamı, qardaşımı... Bilirəm ki, indi onların ruhları şaddır!

Bu gün kabusa son qoyuldu!  Dəyişdi hər şey!  "Kabuslar şəhəri" Ali Baş Komandanın diplomatiya cəbhəsində və döyüş meydanındakı hünəriylə, rəşadətli ordumuzun qüdrəti ilə düşmən tapdağından azad edildi. Ağdam bizə qayıtdı...

Bütün yaralar sağalacaq... Hər şey özünə dönür, dönür hər şey... Ağdam da üzü dönüklərdən deyil, heç kim bilməsə də o bilirdi ki, onun yollarının qansız-qadasız etmək üçün nə qədər qan tökülüb... Nə qədər insan qanınını qaşığa qoyub dünyanın hər yerində küçələrə, meydanlara çıxıb “AZƏRBAYCAN, QARABAĞ, AĞDAM” deyib... 

Hər şey bərpa olunacaq, hər şey: çox dəyərli tarixi-etnoqrafik abidə olan İmarət, Muğam-Poeziya Teatrı, Qarabağda yeganə açıq məbəd olan Ağdam məscidi, dünyada ikinci olan Ağdam çörək muzeyi, məşhur Muğam mərkəzi, məşhur Kəhrizlərimiz, məşhur Ağdam bazarı, məşhur Çay Evi, qızıl balıq təsərrüfatları...

“Qarabağ bülbülləri”nin səsi yenə göylərə ucalacaq! "Natəvan qızlar bayramı" yenə dünyaya səs salacaq!

...Daha Ağdama "tini, küçəsi olmayan şəhər" deyilməyəcək. Daha Ruhlar şəhəri olmayacaq! Xirosima ilə də müqayisə edilməyəcək! Ağdam elə yenə də doğma, isti, qonaqlı-qaralı, qürurlu, varlı-hallı, güvənəcəyimiz AĞDAM olacaq. Həm ötkəm, həm səxavətli, həm qonaqpərvər, həm də mərd Ağdam...

Ağdam bizə qayıtdı və... Sən olasan gülüstan, sənə hər vaxt can qurban, AZƏRBAYCAN!

P.S. İndi mən bir anlıq itirdiklərimi unudub, qızımın əlindən tutub Ağdamı qarşılamağa gedirəm...

Mətanət Ağamirli Əməkdar jurnalist, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İslamabadda danışıqlarının ikinci mərhələsi qeyri-müəyyənlikdədir? - VİDEO

İslamabadda danışıqlarının ikinci mərhələsi qeyri-müəyyənlikdədir? - VİDEO

Premyer Liqa klubunda yeni baş məşqçi

Premyer Liqa klubunda yeni baş məşqçi

Zelenski: Tədricən Qafqaza nəzər salırıq

Zelenski: Tədricən Qafqaza nəzər salırıq

Tramp İranla müharibədən bezib - "Axios" nəşri

Tramp İranla müharibədən bezib - "Axios" nəşri

ÇİYƏLƏYİ hansı vaxtda yemək daha faydalıdır?

ÇİYƏLƏYİ hansı vaxtda yemək daha faydalıdır?

Firuzə İbadova Cavanşir Məmmədovdan YAZDI: “Səsin hələ də qulaqlarımdadır…” - FOTOLAR

Firuzə İbadova Cavanşir Məmmədovdan YAZDI: “Səsin hələ də qulaqlarımdadır…” - FOTOLAR

Validə Novruzova vəfat etdi - FOTO

Validə Novruzova vəfat etdi - FOTO

Azərbaycan bu il yalnız BU ÖLKƏDƏN təbii qaz idxal edib

Azərbaycan bu il yalnız BU ÖLKƏDƏN təbii qaz idxal edib

Roma Papası korrupsiyanı görün, nəylə müqayisə etdi...

Roma Papası korrupsiyanı görün, nəylə müqayisə etdi...

Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Azərbaycanda məşhur iş adamı villasına mebel alıb, amma pulunu ödəmir? - İDDİA - VİDEO

Azərbaycanda məşhur iş adamı villasına mebel alıb, amma pulunu ödəmir? - İDDİA - VİDEO

Hamı onlardan danışır – Ölümün qarşısını kəsən ağ xalatlılar - FOTO/VİDEO

Hamı onlardan danışır – Ölümün qarşısını kəsən ağ xalatlılar - FOTO/VİDEO

Sumqayıtda işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə TƏYİNAT

Sumqayıtda işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə TƏYİNAT

İsrail Livanı VURDU: yaralılar var

İsrail Livanı VURDU: yaralılar var

Zelenski Kiyev rəhbərliyini TƏNQİD ETDİ

Zelenski Kiyev rəhbərliyini TƏNQİD ETDİ

Metroda informasiya sistemi kəsildi - NƏ BAŞ VERİR?

Metroda informasiya sistemi kəsildi - NƏ BAŞ VERİR?

İşıq pulunu ödədi, amma yenidən BORC YAZILDI - "Azərişıq"dan AÇIQLAMA

İşıq pulunu ödədi, amma yenidən BORC YAZILDI - "Azərişıq"dan AÇIQLAMA

Pezeşkian: İran xalqı zor dilinə təslim olmur

Pezeşkian: İran xalqı zor dilinə təslim olmur

Türkiyədə silah almaq məhdudlaşdırılır - Ərdoğan ətraflı DANIŞDI - VİDEO

Türkiyədə silah almaq məhdudlaşdırılır - Ərdoğan ətraflı DANIŞDI - VİDEO

“Zarafat xoşuna gəlməyib..." - Məktəbdəki insidentin DETALLARI - VİDEO

“Zarafat xoşuna gəlməyib..." - Məktəbdəki insidentin DETALLARI - VİDEO

Çeliklə Hüseyn DAVA ETDİ: “Sənətin, oxumağın bərbaddır!” - FOTOLAR

Çeliklə Hüseyn DAVA ETDİ: “Sənətin, oxumağın bərbaddır!” - FOTOLAR

XTQ-nin Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub - FOTO

XTQ-nin Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub - FOTO

İtaliyada ŞOK: 1 avroya evlər satılır

İtaliyada ŞOK: 1 avroya evlər satılır

End of content

No more pages to load

RADİO