Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edilir.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bu gün keçiriləcək iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi də Milli Məclisin bu gün keçiriləcək plenar iclasında yer alıb.
Bizim.Media