Alı müəllim tədbir iştirakçılarının suallarına cavab vermiş, doğulub boya-başa çatdığı Dərələyəz mahalının füsunkar təbiətindən, zəngin folklorundan, xalqımızın nəcib adət-ənənəsindən danışmış, onları Çar hökumətin xeyir-duası ilə sıxışdırıb doğma el-obasından didərgin salan millətçi erməni kilsə-daşnak xadimlərinin vəhşiliyindən söz salmışdır. Gülüstan müqaviləsindən sonra Azərbaycan xalqına qarşı 200 il əvvəl başlanan zorakılıq və milli diskriminasiya Sovet dönəmində də davam etdirilmişdir. Nəticədə Qərbi Azərbaycan torpaqları, İrəvan xanlığı, Zəngəzur, Vedibasar mahalı, Göycə, Dilican, Dərələyəz ərazisi ermənilər tərəfindən işğal edilmiş, bir milyondan çox əhali el-obasından didərgin salınmışdır. 1988-ci ildə Qərbi Azərbaycan torpaqları bütünlüklə azərbaycanlılardan təmizlənmişdir. Bununla yanaşı 1988-1993-cü illərdə erməni-daşnak hərbi quldur dəstələri ölkəmizin Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı yeddi rayonu işğal etmiş, bir milyondan çox soydaşımız öz doğma Vətənində məcburi köçkün vəziyyətinə düşmüşdür.
Görüşün sonunda Alı Səfolu müəllifi olduğu kitabları vətənkeşlərə hədiyyə etmişdir.
Tədbirdə Ana Vətən Partiyası sədrinin müşaviri Qalib Əhmədov və AVP Sumqayıt şəhər təşkilatının sədri Şahbəndər Həsənov iştirak etmişdir.