Xətai Rayon Prokurorluğunun əməkdaşları adıçəkilən rayon ərazisindəki 7 saylı poliklinikada araşdırmaya başlayıb. Bu barədə Moderator.az saytını etibarlı mənbə məlumatlandırıb.
Mənbənin bildirdiyinə görə, araşdırmaya səbəb müəssisə rəhbərliyinin vətəndaşlara rüşvət müqabilində arayış verməsi ilə bağlı səslənən iddialardır:
“Xətai rayonu ərazisində fəaliyyət göstərən 7 saylı poliklinika təmir işləri ilə əlaqədar olaraq bağlanmış və poliklinikanın bəzi şöbələri müvəqqəti olaraq rayondakı 6 saylı poliklinikaya köçürülmüşdür. Bu günlərdə ortaya çıxan iddialara görə isə müəssisənin baş həkimi Şəlalə Səfərova qanunla fəaliyyətinə xitam verilən şöbələr adından vətəndaşlara arayışlar vermiş, bunun qarşılığında onlardan müəyyən məbləğdə rüşvət almışdır. Hazırda Xətai Rayon Prokurorluğu bu iddialar əsasında müəssisənin fəaliyyətini araşdırmaqla məşğuldur. Əgər deyilən məlumatlar öz təsdiqini taparsa, o zaman qanunu pozan müəssisə rəhbərliyinə qarşı ciddi addımların atılacağı şübhəsizdir”.
Nazim