Xəbər verdiyimiz kimi, bu gün - 23 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.
Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid olub.
Bizim.Media-nın məlumatına görə, şəhid olan hərbi qulluqçumuz, gizir Fərman Telman oğlu Yaqublu Beyləqan rayonunda doğulub.
28 yaşlı gizir Fərman Yaqublu müddətdən artıq hərbi xidmətdə idi.
Allah rəhmət eləsin!
Bizim.Media