Lənkəran-Lerik yolunun Qurumba kəndi ərazisində yol- nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın məlumatına görə, Bakı sakini, 1988-ci il təvəllüdlü Əliyev Aqil Fəxrəddin oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil sürət həddini aşaraq, qarşıdakı drenaj kollektoruna düşüb.
Sürücü hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, üç gün sonra mərhumun toy məclisi olacaqdı. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media