Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə vəzifələrindən azad edilmiş şirkətin vitse-prezidentləri ilə görüş keçirilib.
Bizim.Media-nın SOCAR-a istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında hədəflərə çata bilinib.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və SOCAR rəhbərliyinin digər nümayəndələri Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini, şirkətin effektiv idarəçiliyində gənc nəslə məsləhət və tövsiyələri ilə dəstək olacaqlarını, dövlətimizin və dövlətçiliyin güclənməsi istiqamətində var güclərini sərf edəcəklərini qeyd ediblər.
Sonda B. Hüseynova, D. Məmmədova, M. İsmayılova və T. Qəhrəmanova “Fəxri neftçi” döş nişanı verilmiş və xatirə şəkli çəkdirilib.
Bizim.Media