Ali Məhkəmədə icraat qaydası dəyişdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiq edib.

Bizim.Media bildirir ki, qanuna əsasən, kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq.
 

Eyni zamanda, məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vacibliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edəcək və bu barədə proses iştirakçılarına məlumat veriləcək.


Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.

İnzibati Prosessual Məcəlləyə edilən digər dəyişikliyə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə biləcək.

Növbəti dəyişiklik məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. İnzibati Prosessual Məcəlləyə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.

İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.
 

Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.


Edilən dəyişikliyə əsasən isə müəyyən edilmiş bu aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunacaq.

Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar – SİYAHI

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar – SİYAHI

Şagirdlərimiz beynəlxalq olimpiadada medal qazandı - 3 gümüş, 3 bürünc – FOTO

Şagirdlərimiz beynəlxalq olimpiadada medal qazandı - 3 gümüş, 3 bürünc – FOTO

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəqədər təhsildə YENİ MODEL tətbiq ediləcək

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəqədər təhsildə YENİ MODEL tətbiq ediləcək

Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Bu qidalar asılılıq yaradır

Bu qidalar asılılıq yaradır

Xəzər rayonunda açıq ərazidə yanğın BAŞLADI - VİDEO

Xəzər rayonunda açıq ərazidə yanğın BAŞLADI - VİDEO

Peskov: “Danışıqlara hazırıq” – VİDEO

Peskov: “Danışıqlara hazırıq” – VİDEO

Elektron siqaretlərlə bağlı YENİ FƏRMAN

Elektron siqaretlərlə bağlı YENİ FƏRMAN

Bəzi şəxslərə orta aylıq maaşın 4 misli miqdarında müavinət ÖDƏNİLƏCƏK

Bəzi şəxslərə orta aylıq maaşın 4 misli miqdarında müavinət ÖDƏNİLƏCƏK

Yasamalda ev sahibi olmaq istəyənlərin diqqətinə: "Park Yasamal"da mənzil seçimi daha genişdir!

Yasamalda ev sahibi olmaq istəyənlərin diqqətinə: "Park Yasamal"da mənzil seçimi daha genişdir!

Avropada və Türkiyədə mövcuddur – Ölkəmizdəki taksi sürücüləri də tətbiq olunmasını İSTƏYİR

Avropada və Türkiyədə mövcuddur – Ölkəmizdəki taksi sürücüləri də tətbiq olunmasını İSTƏYİR

Komitə sədri: “Vahid geyim yanaşması təhsil mühitində peşəkar atmosferin mühüm elementlərdən biridir”

Komitə sədri: “Vahid geyim yanaşması təhsil mühitində peşəkar atmosferin mühüm elementlərdən biridir”

AMEA-nın əməkdaşının antik yunan fəlsəfəsinə dair kitabı NƏŞR OLUNDU – FOTO

AMEA-nın əməkdaşının antik yunan fəlsəfəsinə dair kitabı NƏŞR OLUNDU – FOTO

Mişel Obama Barak Obamanı göz yaşlarına boğdu – FOTO

Mişel Obama Barak Obamanı göz yaşlarına boğdu – FOTO

SON DƏQİQƏ! Moskvaya yenidən dron hücumları başladı – VİDEO

SON DƏQİQƏ! Moskvaya yenidən dron hücumları başladı – VİDEO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Mətbəx dizaynında yeni dövr başlayır - Soyuducular gizlədilir

Mətbəx dizaynında yeni dövr başlayır - Soyuducular gizlədilir

Gömrükdə 308,30 karat brilyant qaş aşkarlanıb

Gömrükdə 308,30 karat brilyant qaş aşkarlanıb

Məktəblərdə vahid geyim yanaşması ilə bağlı layihə ilk oxunuşda QƏBUL EDİLDİ

Məktəblərdə vahid geyim yanaşması ilə bağlı layihə ilk oxunuşda QƏBUL EDİLDİ

"Cənub" restoranında nöqsanlar aşkarlandı – FOTO

"Cənub" restoranında nöqsanlar aşkarlandı – FOTO

Gökhan Özen evlənir – FOTO

Gökhan Özen evlənir – FOTO

Lisey və gimnaziyalara qeydiyyat müddəti UZADILDI

Lisey və gimnaziyalara qeydiyyat müddəti UZADILDI

Azərbaycanın bu ölkədə Səfirliyi TƏSİS EDİLDİ – SƏRƏNCAM

Azərbaycanın bu ölkədə Səfirliyi TƏSİS EDİLDİ – SƏRƏNCAM

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

End of content

No more pages to load

RADİO