Binəqədi rayonunda telefon rabitə xəttini oğurlayan qardaşlar saxlanılıb.
Bizim.Media Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq edən Mirağa və Mirsamir Birbalazadə tutulub.
Qardaşlar Binəqədi rayonunun Biləcəri qəsəbəsindən Bakı Şəhər Telefon İstehsal Birliyinə məxsus ümumi dəyəri 1 092 manat olan 185 metr uzunluğunda telefon rabitə xəttini oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

