Sumqayıtda yaşayan Vətən müharibəsi qazisi Mirağa Mirzəzadənin toyu olub.
Bizim.Media xəzərxəbərə istinadla məlumat verir ki, bəy hərbi geyimdə Vağzalı sədaları altında məclisə daxil olub.
Uşaq vaxtı doğmalarını itirən qazimizi xoş günündə dost-tanışları tək qoymayıb.
Toyun bütün xərcini isə bəyin dostu öz üzərinə götürüb. Bəyin ömür gün yoldaşı Əntiqə xanım bu nikaha könüldən razı olduğunu deyib. Toy mərasimində iştirak eliyənlər qazimizə xoş arzularını çatdırılblar.
Qeyd edək ki, qazimiz Vətən müharibəsi başlayanda heç tərəddüd etmədən könüllü olaraq döyüşlərə yollandı.
Qəhrəmancasına vuruşaraq bir qolunu itirdi. Qazimiz 44 günlük vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib.
Bizim.Media