Evinizdəki LGBT təbliğatçısı – Uşaq oyuncaqları GƏLƏCƏYİNİZİ hədəfləyib!

Azyaşlılar arasında populyarlaşan “Pop it” oyuncağı haqqında səsləndirilən iddialar valideynlər arasında böyük narahatlığa səbəb olub. 

İddialara görə, LGBT-nin bayrağında olan rənglərdən istifadə olunan oyuncaq azyaşlılar arasında homekseksuallığın təbliğ olunmasına dəlalət edir. Bu cür fikirlər sosial şəbəkələrdə durmadan artır. Hazırda valideynləri düşündürən isə həqiqətənmi oyuncaqların uşaq psixologiyasına şüuraltı təsir göstərə bilməsidir?

Məsələnin aktuallığını nəzərə alaraq, bu barədə kiçik araşdırma aparmışıq.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda təhlükəli oyuncaqlar satılır - Uşaqlara LGBT təbliğ olunur - İDDİA


Sosioloq Əhməd Qəşəmoğlu Bizim.Media-ya açıqlamasında deyib ki, oyuncaqlar uşaqların dünyagörüşünün formalaşmasında, şüuraltı bir çox məsələlərdə olduqca ciddi rol oynayır. 

“Düzgün seçilən oyuncaqlar uşaqların gələcəkdə formalaşması üçün güclü təsir göstərə bilər. Unutmaq lazım deyil ki, Azərbaycana xoş münasibət bəsləməyən ölkələrin müəyyən texnologiyalar vasitəsilə, hətta oyuncaqlarla təsir göstərməsi mümkündür. Bu məsələyə təkcə siyasi tərəfdən baxmaq düzgün deyil, bu həm də maliyə məsələləri ilə də bağlıdır. Bəziləri oyuncaqların ucuzluğunu nəzərə alıb pul qazanmaq məqsədi ilə o oyuncaqları ölkəyə ixrac edir, bu zaman bu cür ciddi məsələlər diqqətdən kənar qalır. Bu oyuncaqlar uşaqlarda nəink LGBT-yə maraq, hətta bir çox başqa ciddi fəsad aqressiya yarada bilir. Məsələn, eybəcər, bir gözü çəp olan dovşan, canavar və.s oyuncağı uşaq psixologiyasına ciddi təsir edə bilir. Çox təəssüf ki, ölkədə bu cür ciddi məsələyə lazimi diqqət verilmir. 

Bəs bu cür hallara nəzarət hansı üsulla həyata keçirilməlidir?

Sosioloq bu məsələ ilə bağlı qeyd edib ki, bu cür hallara nəzarəti təkcə dövlətin boynuna yıxmaq olmaz. Onun fikrincə, burada ictimaiyyət də aktiv iştirak etməlidir. 

“Bundan başqa burada elmi araşdırma mərkəzləri, sosioloq, ictimai təşkilatlar da bu na qarşı şox diqqətli olmalıdır ki, dövlətin qarşısına ciddi faktlar qoya bilsin. Yoxsa bu qədər təşkilat kimə lazımdır? Bunlar hamısı bu məsələdə fəal olmalıdır”.

Sonda Ə.Qəşəmov vurğulayıb ki, Azərbaycanda bu cür problemləri araşdıracaq elmi mərkəzlərin olmaması gələcəkdə çox ciddi problemlərə yol aça bilər.

“Hər bir ölkədə yaşayan uşaqlar digərlərindən fərqlidir. Çünki hər bir azyaşlı öz ölkəsinin mental dəyərlərinə, adət-ənənəsinə, yaşam tərzinə görə tərbiyə olunur. Bir başqa ölkədə istehsal olunan oyuncaqlar ola bilər ki, digər regionda böyüyən uşaqlara başqa cür təsir etsin. Ona görə bu haqda ciddi şəkildə araşdırılıb, qərar verilməlidir. Azərbaycanda hazırda ən böyük problem bu cür problemləri, ciddi sosial, mənəvi  problemlərlə məşğul olan elmi mərkəzlərin olmamasıdır. Bu bizim faciəmizdir”.

Psixoloq Taryel Fazioğlu Bizim.Media-ya danışarkən uşaqların gördüyü hadisələr, əşyalar, qurduğu fantaziyaların onlarda düşüncələrini, doğru və yanlışları formalaşdırdığını deyib. 

“Bu baxımdanda oyuncaqların onların həyatında xüsusi rolu var. Ona görə də valideynlər övladlarına oyuncaq seçərkən çox diqqətli olmalıdır”.

Psixoloq qeyd edib ki, “Pop it” oyuncağı təkcə, LGBT-ni təmsil etmir, oyuncaq həm də uşaqlarda əqli cəhətdən inkişafa, zəkaya ciddi şəkildə zərər verir.

“Bu oyuncaq uşaqların xəyal dünyasını monotonlaşdırır. Bu da uşaqlara çox ciddi zərər vurur. Bu oyuncağın rəngləri boşuna seçilməyib. Hər bir rəng mənasına görə, asossasiya olunur. Rənglərin o şəkildə verilməsi azyaşlıların şüuraltı təsir edərək mental inkişafına da  təsir göstərir. Lakin uşaqlar normal münasibətlər, qarşılıqlı anlaşma şəraitində inkişaf prosesi yaşasalar, o rənglərin onlara az təsiri olacaq və bu onlara ciddi təsir göstərməz. Ancaq çox təəssüf ki, hazırda bir çox azyaşlı normal sosial münasibətər fonunda deyil. Uşaqlar virtual unkişaf edirlər, əsasəndə burada neqativ hal telefonlar, planşetlərdir. Azyaşlıların bu ortamda inkişaf etməsi bu cür kənar faktorların onlara təsir gücünü də artırır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

Bugünkü İslam İnkişaf Bankı Qrupunun illik toplantısından VİDEO

Bugünkü İslam İnkişaf Bankı Qrupunun illik toplantısından VİDEO

Bakıdan Naxçıvana uçuşlar təhlükəsizlik səbəbindən LƏĞV EDİLDİ

Bakıdan Naxçıvana uçuşlar təhlükəsizlik səbəbindən LƏĞV EDİLDİ

İsrail hücumları: Bir sutkada 28 nəfər həlak oldu

İsrail hücumları: Bir sutkada 28 nəfər həlak oldu

DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı

DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı

DÇ-2026: Çexiya - CAR oyununda qalib müəyyənləşmədi

DÇ-2026: Çexiya - CAR oyununda qalib müəyyənləşmədi

Prezident işsizlik səviyyəsindən DANIŞDI

Prezident işsizlik səviyyəsindən DANIŞDI

Xamaneinin İran xalqına MÜRACİƏTİ yayımlandı

Xamaneinin İran xalqına MÜRACİƏTİ yayımlandı

Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı oldu

Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı oldu

“Kids Academy by British School”da məktəbəqədər qrupların Məzun Günü keçirildi

“Kids Academy by British School”da məktəbəqədər qrupların Məzun Günü keçirildi

BTC kəməri ilə neçə ton neft ixrac edilib? – 5 aylıq hesabat

BTC kəməri ilə neçə ton neft ixrac edilib? – 5 aylıq hesabat

Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib

Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib

Neymar Haiti ilə oyunu buraxacaq

Neymar Haiti ilə oyunu buraxacaq

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

End of content

No more pages to load

RADİO