Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən parkda yanğın olması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Məlumata görə, dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, yanğın saat 17:20-də söndürülüb.
İlkin məlumata əsasən, təqribən 150 m² sahədə quru ot və kol-kos yanıb.
Bizim.Media