Fazil Mustafa: “Səfirlərin bu addımı erməni terrorçuluğunun canlanmasına verilən bir dəstəkdir”

“ATƏT-in Minsk Qrupuna həmsədrlik edən üç ölkənin - ABŞ, Fransa və Rusiyanın səfirləri humanitar tədbir olaraq nəzərdə tutulan Şuşa şəhərinə səfərdən imtina ediblər. Bunu müxtəlif cür yozmaq imkanımız var, lakin burada əsas diqqəti çəkən məqam bir-biri ilə guya aralarında ziddiyyət olan üç ölkənin ermənilərlə bağlı məsələlərdə həmişə həmrəy davranmasıdır.

Çünki bundan öncə bu səfirlər dağıdılmış Ağdam, Füzuli və başqa ərazilərə də ölkəmizdəki akkreditasiya olunmuş digər diplomatik korpus təmsilçiləri ilə birlikdə baş çəkməkdən imtina etmişdilər. Yəni illərdir erməni vəhşiliyinə açıq və dolayı yolla haqq qazandıran ölkələrin beynəlxalq hüquqa zidd mövqeyini bir daha nümayiş etdirdiklərini diqqətə çatdırmışdılar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa səsləndirib.

Onun sözlərinə görə, indi bölgədə sülhdən, mədəni quruculuqdan söhbət getdiyi durumda Şuşanın timsalında bir mədəniyyət mərkəzinin dirçəlişini müşahidə etməyi özləri üçün arzuolunmaz bir addım saydıqlarını büruzə verirlər:

“İşdir əgər ölkə prezidenti səfirlərin etimadnaməsini dövlət protokolu qaydasında məhz Şuşada qəbul etməyi planlaşdırsa, o zaman bu səfirlər nə edəcəklər? Gedib Xankəndində terrorçu ermənilərlə şampan şərabı içəcəklər və Şuşaya ayaq basmayacaqlar? Səfirlərin bu addımı təkcə öz ərazi bütövlüyünü bərpa etmiş bir dövlətə hörmətsizlik deyil, həm də gələcəkdə bölgədə müharibənin qızışmasına, erməni terrorçuluğunun canlanmasına verilən bir dəstəkdir”.

Bir siyasi partiya rəhbəri kimi o, hesab edir ki, Şuşaya adicə bir səfərə getməyi özünə rəva bilməyən bu ölkələrin səfirliklərinin təşkil etdiyi hansısa mədəni xarakterli tədbirlərdə istər Azərbaycan siyasətçiləri, istərsə də vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirakdan imtina etməlidirlər”.

Fazil Mustafanın fikrincə, hörmət qarşılıqlı olmalıdır:

“Sən mənim Vətənimin, dövlətimin dəyərlərinə hörmətsiz yanaşacaqsan, biz də sizlərin yan-yörənizdə demokratiya nəzakətinə boğulub üzünüzə gülümsəyəcəyik? Fikrimcə, rəsmi Bakı həmin ölkələrin səfirlərinin bu hərəkətsizliyi ilə bağlı izahat tələb etməlidir, bu izahat qaneedici olmadıqda ATƏT-in Minsk Qrupu ilə hər hansı müzakirəyə və münasibətə son qoyulmalıdır”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ

“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ

Nəhayət ki, o “Range Rover” satıldı

Nəhayət ki, o “Range Rover” satıldı

Yeni vəzifəyə təyin olunan Rəna Məmmədova kimdir?– DOSYE

Yeni vəzifəyə təyin olunan Rəna Məmmədova kimdir?– DOSYE

Sertifikasiyada iştirak edən müəllimlərin DİQQƏTİNƏ – Sabahdan etibarən...

Sertifikasiyada iştirak edən müəllimlərin DİQQƏTİNƏ – Sabahdan etibarən...

60 yaşlı kişi kanalda batdı

60 yaşlı kişi kanalda batdı

Co Baydenin narkoman oğlu bu təşkilatda işə düzəldi

Co Baydenin narkoman oğlu bu təşkilatda işə düzəldi

Azərbaycanda hibrid avtomobil qiymətləri yüksəldi - Köhnə maşınlar yenidən DƏBDƏ

Azərbaycanda hibrid avtomobil qiymətləri yüksəldi - Köhnə maşınlar yenidən DƏBDƏ

ŞOK: İranda etirazlarda öldürülən qadın və qızların saçları Ermənistana aparılır - FOTO

ŞOK: İranda etirazlarda öldürülən qadın və qızların saçları Ermənistana aparılır - FOTO

Moskvada “neft yağışı” – FOTO/VİDEO

Moskvada “neft yağışı” – FOTO/VİDEO

Kranlardan axan TƏHLÜKƏ - Paslı su ölümcül xəstəliyə səbəb olur?

Kranlardan axan TƏHLÜKƏ - Paslı su ölümcül xəstəliyə səbəb olur?

Cahangir Fərəcullayevə UEFA-da yüksək vəzifə verildi

Cahangir Fərəcullayevə UEFA-da yüksək vəzifə verildi

Belçika bütün "F-16" qırıcılarını Ukraynaya VERƏCƏK

Belçika bütün "F-16" qırıcılarını Ukraynaya VERƏCƏK

Trampın ABŞ bayrağı ilə bağlı planı alt-üst oldu –FOTO/VİDEO

Trampın ABŞ bayrağı ilə bağlı planı alt-üst oldu –FOTO/VİDEO

Almaniya Ukrayna üçün daha 400 milyon dollar ayırır – SİLAH ALINACAQ

Almaniya Ukrayna üçün daha 400 milyon dollar ayırır – SİLAH ALINACAQ

“Hər şey yaxşı olacaq" ifadəsi niyə əks təsir yaradır? – Maraqlı İZAH

“Hər şey yaxşı olacaq" ifadəsi niyə əks təsir yaradır? – Maraqlı İZAH

Quzularını qurda tapşırsa, heç belə olmazdı - Çobandan 700 minlik yeyinti...

Quzularını qurda tapşırsa, heç belə olmazdı - Çobandan 700 minlik yeyinti...

Rusiya Ermənistana etiraz notası GÖNDƏRDİ - VİDEO

Rusiya Ermənistana etiraz notası GÖNDƏRDİ - VİDEO

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb – FOTO

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb – FOTO

“Su pəhrizi” ilə çəkisini azaltmaq istəyənlərə XƏBƏRDARLIQ

“Su pəhrizi” ilə çəkisini azaltmaq istəyənlərə XƏBƏRDARLIQ

Elşad Hacıyev: DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır

Elşad Hacıyev: DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan və Banqladeş XİN başçıları telefonla DANIŞDI – Nələr müzakirə edildi?

Azərbaycan və Banqladeş XİN başçıları telefonla DANIŞDI – Nələr müzakirə edildi?

Daha bir ölkədə uşaqlara sosial şəbəkələrdən istifadə QADAĞAN EDİLDİ

Daha bir ölkədə uşaqlara sosial şəbəkələrdən istifadə QADAĞAN EDİLDİ

Neftçala xəstəxanasının bağlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Neftçala xəstəxanasının bağlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

End of content

No more pages to load

RADİO