Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Mənbə bildirir ki, binanın beşinci mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 6 m² sahədə, dəhlizin lambirindən ibarət tavanı 2 m² sahədə yanıb.
Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 2 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media