Azərbaycanda film kimi DƏLƏDUZLUQ - Özünü Jalə Əliyevanın...

0:00
0:00

Özünü Milli Məclisin deputatı Jalə Əliyevanın köməkçisi kimi təqdim edərək MİDA-dan ev almaq vədi ilə insanları aldadaraq dələduzluq edən 24 yaşlı Nərgiz Əliyevaya (şərti) ikinci dəfə hökm oxunub. 

Bizim.Media xəbər verir ki, 1997-ci il təvəllüdlü N.Əliyeva ötən ilin noyabr ayında elə dələduzluğa görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 


Məhkəmədə ifadə verən Nərgiz Əliyeva bildirib ki, Mədəniyyət və İncəsənət Universitetində oxuyan zaman qrup yoldaşı Fəridənin bacısı Aynur ona müəllimlərindən biri, Milli Məclisin deputatı Jalə Əliyeva haqqında danışıb:

"Mənə deputatın nömrəsini də vermişdi. Deyirdi ki, Jalə xanım çox mehriban biridir və tələbələrə kömək edir. Mən də fikirləşdim ki, o, kömək etmək məqsədilə məni yanında işə götürər. Feysbukda özümə "Nazrinka A-va” adlı hesab açdım və iş yerimə "Milli Məclis” olaraq qeyd etdim. Bundan sonra tanışlar mənə yazdı və onlara Jalə Əliyevanın köməkçisi olduğumu dedim. 

Yasamal rayonunda yerləşən MİDA-da özümə ev almaq istəyirdim. Orada işləyən bir nəfər mənə qanunsuz yolla mənzil almağın mümkün olduğunu dedi. Amma maddi vəziyyətim pis olduğu üçün daha maraqlanmadım. Sonra Fərhad adlı şəxsə ev almaq üçün kömək edəcəyimi deyib ondan 7200 manat pul istədim. Notariusda ondan 1000 manat beh aldım. İkinci görüşdə isə o, mənə 6100 manat verdi. Bundan sonra narahat olmamağı və evi alacağımızı dedim. Vaxt uzandıqda Fərhad məndən səbəbini soruşdu və müharibəni bəhanə gətirərək sistemin işləmədiyini bildirdim. Bir dəfə də anam telefonu götürərək mənim koronavirusdan öldüyümü dedi. Sonra həmin şəxs polisə şikayət etdi”. 

Nərgiz Əliyeva 2020-ci ilin noyabrın 18-də Nərimanov rayon məhkəməsinin hökmü ilə dələduzluğa görə 2 il 6 ay həbs cəzası alıb və məhkəmə zalında qandallanıb. Sonradan Fərhadın da şikayəti barədə məlumat daxil olub. 

O, məhkəmədə deputat Jalə Əliyevanı şəxsən tanımadığını, yalnız televizorda gördüyünü bildirib. 

Məhkəmədə zərərçəkmiş qismində çıxış edən Fərhad Həsənov Nərgizi feysbuk vasitəsilə tanıdığını və ona ev almaq üçün müraciət etdiyini bildirib:

"MİDA-nın səhifəsində şərh bölümünə hansı şərtlərlə ev ala biləcəyimi yazmışdım. "Nazrinka A-va” adlı hesab mənə bunun mümkün olacağını dedi. Daha sonra danışdıq və ona 7200 manat pul verdim. 

Sonra o xanım mənə bir nömrə verib Jalə xanımın köməkçisi "Nurlana” olduğunu və onunla hər şeyi danışa biləcəyimi dedi. Onunla da danışdıq və sən demə Nərgiz mənə öz nömrəsini verib başqa adla danışırmış. 

Pulu iki hissədə "Nazrinka A-va”ya notariusda verdim. O, məsələnin 10 gün içində həll olacağını dedi, amma belə olmadı. Nəticədə mən polisə müraciət etdim. Nərgiz mənə həmin pulun cəmi 1500 manatını qaytarıb”. 

Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə Nərgiz Əliyevanın cəzaları birləşdirilərək yekun olaraq 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ülvi İsgəndərov daha bir il “Araz Naxçıvan”da

Ülvi İsgəndərov daha bir il “Araz Naxçıvan”da

Qonşularını görməmək üçün boş torpaq sahəsinə 67 milyon dollar xərclədilər

Qonşularını görməmək üçün boş torpaq sahəsinə 67 milyon dollar xərclədilər

Avtomobil nasazlığa görə yolda qalarsa, sürücü nə etməlidir? – QAYDALAR

Avtomobil nasazlığa görə yolda qalarsa, sürücü nə etməlidir? – QAYDALAR

Samir Nuriyevin sədrliyi ilə Ağdərədə iclas keçirildi – FOTO

Samir Nuriyevin sədrliyi ilə Ağdərədə iclas keçirildi – FOTO

Dizaynerlər artıq laminatı tövsiyə etmir: Döşəmə örtükləri üçün yeni dəb

Dizaynerlər artıq laminatı tövsiyə etmir: Döşəmə örtükləri üçün yeni dəb

Messi Əlcəzairə vurduğu ilk qoldan sonra ağladı: "Bunun futbolla heç bir əlaqəsi yoxdur”

Messi Əlcəzairə vurduğu ilk qoldan sonra ağladı: "Bunun futbolla heç bir əlaqəsi yoxdur”

Prezidentdən Məhəmməd Süleyman Əl-Casirlə bağlı SƏRƏNCAM

Prezidentdən Məhəmməd Süleyman Əl-Casirlə bağlı SƏRƏNCAM

İran artıq ABŞ-dən qorxmur və nüvə danışıqlarına qayıdır - "WSJ"

İran artıq ABŞ-dən qorxmur və nüvə danışıqlarına qayıdır - "WSJ"

Zərurətdən doğan tələb, sosial sifariş – Müəllimlər üçün vahid geyim yanaşmasının ÖNƏMİ

Zərurətdən doğan tələb, sosial sifariş – Müəllimlər üçün vahid geyim yanaşmasının ÖNƏMİ

Maştağada avtomobil işıq dirəyini aşırdı: Onlarla ev işıqsız qaldı

Maştağada avtomobil işıq dirəyini aşırdı: Onlarla ev işıqsız qaldı

Vens: ABŞ və İran arasındakı saziş bu ölkələri də əhatə edəcək

Vens: ABŞ və İran arasındakı saziş bu ölkələri də əhatə edəcək

Əhmədlidə açıq ərazidə YANĞIN - YENİLƏNİB

Əhmədlidə açıq ərazidə YANĞIN - YENİLƏNİB

"Hörümçək adam" gizli evləndiyini rəsmən təsdiqlədi

"Hörümçək adam" gizli evləndiyini rəsmən təsdiqlədi

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

İşçilər çalışdıqları şirkətdə pay sahibi OLA BİLƏCƏKLƏR

İşçilər çalışdıqları şirkətdə pay sahibi OLA BİLƏCƏKLƏR

Ukrayna 2030-cu ildə Aİ-yə daxil olacaq?

Ukrayna 2030-cu ildə Aİ-yə daxil olacaq?

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

SON DƏQİQƏ! Magistraturaya qəbulun nəticələri AÇIQLANDI

SON DƏQİQƏ! Magistraturaya qəbulun nəticələri AÇIQLANDI

Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başladı – FOTO

Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başladı – FOTO

Qoxu hissinin itirilməsi insanın sonrakı həyatına necə təsir edir?

Qoxu hissinin itirilməsi insanın sonrakı həyatına necə təsir edir?

Aİ-də SİYASİ BÖHRAN - Kallas və fon der Lyayen arasında nə BAŞ VERİR?

Aİ-də SİYASİ BÖHRAN - Kallas və fon der Lyayen arasında nə BAŞ VERİR?

Hörmüz boğazından keçid PULLU OLACAQ

Hörmüz boğazından keçid PULLU OLACAQ

Şirkət sahibləri arasında münasibətlər BELƏ TƏNZİMLƏNƏCƏK

Şirkət sahibləri arasında münasibətlər BELƏ TƏNZİMLƏNƏCƏK

Fərhad Mehdiyevin qızının həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU

Fərhad Mehdiyevin qızının həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU

End of content

No more pages to load

RADİO