Ötən il ölkəmizdə qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda kişilər və qadınlar" məcmuəsində öz əksini tapıb.
2024-cü ildə 49 508 nikah, 21 384 boşanma qeydə alınıb.
2023-cü illə müqayisədə bu il nikahların sayı azalıb.
Belə ki, 2023-cü ildə 54 200 nikah, 21 688 boşanma qeydə alınıb.
Naibə Məmmədova, Bizim.Media