“Qaloş piri”nin sahibini hüquqi məsuliyyət gözləyir? – VİDEO

Artıq bir neçə gündür ki, həm sosial şəbəkələrdə, həm də mətbuatda “Qaloş piri” ilə bağlı yayılan video müzakirə olunmaqdadır.

Xatırladaq ki, həmin videoda Goranboy rayonu Qurbanzadə kəndində “Qaloş piri” deyilən yerdə çəkilib. Videoda görünür ki, insanlar 30 il əvvəl vəfat etmiş Miribiş ağanın evinə yığışaraq, şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtürlər. Bunun əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar. Lakin sonradan Goranboy rayonu İcra Hakimiyyətinin Fəxralı kənd icra nümayəndəsi Mehman İbrahimov Oxu.az saytına açıqlama verərək, yayılan məlumatı təkzib edib və bildirib ki, insanların başına çəkdiyi əslində qaloş yox, seyidin papağı olub, görüntülər isə videodakı şəxsin öz babasının il mərasiminə görə ehsan verdiyi vaxt çəkilib.

Rayon rəsmisinin dediyinə görə videoda büstün yanında papağı nümayiş etdirən seyidin nəvəsi Xəlildir.

Əksəriyyət bu məsələdə dələduzluq, insanların etibarından və inancından sui-istifadə etməklə əmlakını mənimsəmə kimi məqamlar olduğunu bildirir. Belə olan halda pirin sahibini hüquqi məsuliyyət gözləyirmi?

Hüquqşünas Əlövsət Allahverdiyev məsələ ilə bağlı Müsavat.com-a danışıb: ”Həmin videoya mən da baxdım. Buna görə də məsələyə həm vətəndaş, həm də hüquqşünas kimi yanaşmaq istərdim. Vətəndaş kimi yanaşmam budur ki, bu cür məsələlərə çox təəssüf edirəm. Bu cür videolara baxanda məlum olur ki, insanlar getdikcə savadsızlaşır, təhsildən yayınır və nicat yolunu pirlərdə tapır. Bu məsələ gülünc doğurur. Necə ola bilər ki, qaloşu başına çəkən insan ondan nicat tapır. Doğrudur deyirlər ki, insanlar nəyəsə inanırlarsa, o inamın dalınca getdikdə nəyəsə nail olurlar. Bu artıq gülüncdür. Bu baxımdan insanların təhsildən kənar qalmasın və getdikcə bunun kütləvi hal almasına çox acıyıram.

İkinci bir tərəfdən bu məsələni ortaya atan adamlar insanların etibarından sui-istifadə edirlər və onların dələduz adlandırılmasının tərəfdarıyam. Təbii ki, bu məsələyə hüquq mühafizə orqanların araşdırmasından sonra hüquqi qiymət vermək olar.

Cinayət Məcəlləsinə görə 178 maddəyə əsasən bu məsələ cinayət hesab olunur. Belə olan halda həmin şəxsləri yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Əgər təkrar törədildikdə və yaxud xeyli miqdarda ziyan vurulduqda şəxsləri üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Ümumiyyətlə ölkəmizdə bu cür faktlar yüzlərlədir. Hüquq mühafizə orqanları onları aşkar etməli, həmin şəxslər məsuliyyətə cəlb edilməlidir. Lakin qeyd edim ki, buna şərait yaradan elə biz özümüzük. Videoya baxanda görürük ki, həmin pirdə nə qədər növbə var. Qadınlar, eyni zamanda kişilər uzun-uzadı növbəyə durub, qaloşu başına sürtürlər. Bu həm gülməli, həm də ağlamalı faktdır”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

End of content

No more pages to load

RADİO