Bakıda yol qəzasında üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır.
Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev qeyd edib.
Onun sözlərinə görə, bu gün saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 2 nəfərin
xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb:
"Hyundai" markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Opel" markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Faktla bağlı araşdırma aparılır”.
***22:54
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Salyan şosesinin Səbail rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Su İdman Kompleksinin qarşısında üç nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, hadisə zamanı üç nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Bizim.Media