Meyvələr ənənəvi olaraq sağlam qidalanmanın vacib hissəsi hesab olunur, lakin bir çox insan hələ də onların qan şəkəri səviyyəsinə və ürəyin işinə təsirini kifayət qədər qiymətləndirmir.
Bizim.Media xəbər verir ki, Britaniyalı diyetoloq Rob Hobsonun məlumatına görə, sadə və əlçatan meyvələr - istənilən supermarketdə tapılanlar xeyirli təsir göstərə bilər və bir sıra xroniki xəstəliklərdən qorumağa kömək edir.
Alma: Damarları möhkəmləndirir, “pis” xolesterini azaldır və qan şəkərini tənzimləməyə yardım edir.
Qaragilə: Antioksidantlarla zəngin olduğundan insulin həssaslığını artırır və ürək-damar xəstəlikləri riskini azaldır.
Armud: Bənzər təsir göstərir, orqanizmi liflə təmin edir və qlükoza səviyyəsini sabit saxlayır.
Nar: Meyvə dənələrinin tərkibindəki maddələr yemək sonrası qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını alır və orqanizmi antioksidantlarla zənginləşdirir.
Moruq: Liflə zəngin, şəkər səviyyəsi isə aşağıdır, buna görə toxluq hissini uzadır və bağırsağın fəaliyyətini dəstəkləyir.
Ekspertlər qeyd edir ki, əsas məqsəd “möcüzə məhsullar” axtarmaq deyil, meyvələri müntəzəm olaraq qida rasionuna daxil etməkdir. Hətta ən adi və ucuz meyvələr belə düşündüyünüzdən daha faydalı ola bilər və diabetin, ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynaya bilər.
Bizim.Media