Zərdabda evin həyətindən kişi meyiti tapılıb.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə Aşağı Seyidlər kəndində qeydə alınıb.
57 yaşlı Osmanov Elçin Alı oğlunun meyiti həmin kənddə atasına məxsus evin həyətində aşkarlanıb.
Məlumata görə, mərhum sentyabrın 30-da axşam saatlarında ölsə də, meyiti oktyabrın 1-də səhər saatlarında qohumları tapıblar. Onun nədən öldüyü isə bilinmir.
Hazırda araşdırma aparılır.
Bizim.Media