Müəllimlə elmi işçi əlbir olub 100-dən çox şəxsi aldadıb?

Rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan Eyvaz Niftəliyev və Ramis Hümmətovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə çoxsaylı şahidlərin ifadələri gözlənilsə də, yalnız bir şahidin iclasda iştirak etdiyi məlum olub. Prosesə sədrlik edən hakim cinayət işində 101 şahidin adının keçdiyi halda yalnız bir nəfərin iclasa gəlməsinə iradını bildirib.

Şahid İntiqam Nuriyev ifadəsi zamanı Eyvaz Niftəliyevi tanıdığını deyib:

"Mən "TikTok"dan tanımışam Eyvaz Niftəliyevi, elə bilirdim ki, o, hüquqşünasdır. Sosial yardım almaqla bağlı ona müraciət etmişəm. Sənədlərin hazırlanmasında mənə kömək edəcəyini demişdi. Buna görə də 250 AZN onun kartına ödəniş etmişəm. 5 ay bir nəticə əldə edilmədi və aldığı pulu da qaytarmadı".

Şahid digər təqsirləndirilən Ramis Hümmətovu isə tanımadığını bildirəndə Eyvaz Niftəliyev buna etirazını bildirərək, şahidin yaddaşında problem olduğunu deyib.

Eyvaz Niftəliyev aldığı həmin pulu Ramis Hümmətovla yarı böldüyünü vurğulayaraq qeyd edib ki, Ramis Hümmətov bu kimi işlərdə vergi məsələləri ilə bağlı ona yaxından kömək edib. O, bütün işlərdə Ramis Hümmətovun onun yanında olduğunu bildirib.

Digər şahidlərin ifadələrinin alınması üçün proses oktyabrın 16-dək təxirə salınıb.

Qeyd edək ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarənin böyük elmi işçisi olub.

Eyvaz Niftəliyev isə əvvəllər Şamaxı rayonunda müəllim vəzifəsində çalışıb.

İstintaq orqanı tərəfindən Eyvaz Niftəliyevin barədə Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Ramis Hümmətov isə həmin məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 və 32.5, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb.

Eyvaz Niftəliyev barəsində həbs qətimkan, Ramis Hümmətov barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Eyvaz Niftəliyev su vulkanlarının tədqiqatının aparılması ilə bağlı şəxslərlə müqavilə bağlamaq və digər müxtəlif işlərlə baglı üzərinə öhdəlik götürərək 100 nəfərdən artıq insanın pulunu mənimsəməkdə təqsirləndirilir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

Qızılın qiyməti 4 700 dolları ötdü

Qızılın qiyməti 4 700 dolları ötdü

Təranə Quliyevaya vəzifə verildi

Təranə Quliyevaya vəzifə verildi

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Bitcoin" bahalaşdı

"Bitcoin" bahalaşdı

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Tanınmış sabiq hakim vəfat etdi

Tanınmış sabiq hakim vəfat etdi

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

End of content

No more pages to load

RADİO