Hər bir liderin stoluna qoyulan günəbaxanların sirri... – FOTO

Dünya siyasətinin gündəmində olan “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı liderləri bir arada görməyimizlə yanaşı, digər maraqlı detallarla da yadda qalıb.

Belə ki, Danimarkanın Baş naziri Mette Frederiksenin dövlət və hökumət başçılarını qarşıladığı məkanda günəbəxan tarlası fonu yer alıb.

Bizim.Media xəbər verir ki, eyni zamanda hər bir tədbir iştirakçısının masasının üzərinə də Danimarkanın dünyaca məşhur şirkəti “Lego Group”a məxsus günəbaxan leqosu qoyulub. Bu, tədbirə ev sahibliyi edən ölkənin qonaqlara simvolik jesti kimi qiymətləndirilə bilər.

Bu məqamda sual ortaya çıxır: niyə məhz günəbaxan? Bu toplantının günəbaxan detalları fonunda keçirilməsi hansı rəmzi mənanı daşıyır?

Əvvəlcə onu qeyd edək ki, toplantının əsasını Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrit təhlükələr kimi mövzular təşkil edir.

Əsas mövzulardan birinin Rusiya-Ukrayna olduğuna nəzər yetirsək, Aİ Rusiya-Ukrayna müharibəsinin lap əvvəlindən Ukraynaya dəstəyini açıq şəkildə ifadə edir. Belə olduğu zaman görürük ki, tədbirdə günəbaxan simvollarının yer alması heç də təsadüfü deyil...

Günəbaxan Ukraynanın əsas simvollarından biridir. O, ölkənin milli gülü, dünyanın sülh və dözümlülük simvoludur. Bu güllər hələ XIX əsrdə Şimali Amerikadan Ukraynaya gətirilib və Ukrayna iqtisadiyyatının dayağı hesab olunur.

Günəbaxanlar Ukrayna xalqı üçün həm də ümid və yenilənmə rəmzidir. Tarixə nəzər salsaq, köklərin Çernobıl faciəsinə gedib çıxdığını daha yaxşı görərik. 1994-cü ildə bir qrup amerikalı tədqiqatçı təcrid zonasına gəlib və həmin ərazidə eksperiment aparıblar. Onlar müəyyən bir əraziyə günəbəxan toxumları əkiblər və həmin sahədə möcüzəvi bir şey aşkar ediblər. Həmin güllər torpaqdan radioaktiv maddələrin 95%-ni çıxara bilib. Daha sonra 1996-cı ildə Ukrayna, Rusiya və ABŞ müdafiə nazirləri nüvə silahlarının ləğvi və sülh naminə Pervomaysk raket bazasında birlikdə günəbaxanlar əkiblər.

Elə həmin gündən bu günə kimi sözügedən gül ukraynalılara həmrəylik göstərilməsinin əsas üsullarından birinə çevrilib. Rusiya-Ukrayna müharibəsindən sonra da bunun şahidi oluruq...
Hətta müharibə başlayandan sonra Ukraynanın Henyçesk şəhərində bir qadın rus əsgərlərə günəbaxan toxumları verərək deyib: “Bu toxumları cibinizə qoyun ki, öldüyünüz yerdə günəbaxanlar çıxsın”.

Bundan başqa, müharibə başlayandan sonra ABŞ-nin keçmiş Prezidenti Co Baydenin xanımı Cil Bayden Ukraynaya dəstək məqsədilə günəbaxan detalı ilə bəzənmiş don geyinib və maska taxıb.

Hətta Londonda Ukraynanı dəstəkləyən bir qrup şəxs Britaniyadakı Rusiya Səfirliyinin qarşısına müharibə başlayan gündən günəbaxan çiçəkləri düzürlər.

Ukrayna hər dəfə xalqın sınandığı faciələrlə üzləşsə də, günəbaxanların sülh simvolu kimi mənası nəinki həmin ölkədə, hətta dünyada belə dəyişməyib. (Mənbə: Qafqazinfo.az)












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

Qızılın qiyməti 4 700 dolları ötdü

Qızılın qiyməti 4 700 dolları ötdü

Təranə Quliyevaya vəzifə verildi

Təranə Quliyevaya vəzifə verildi

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Bitcoin" bahalaşdı

"Bitcoin" bahalaşdı

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Tanınmış sabiq hakim vəfat etdi

Tanınmış sabiq hakim vəfat etdi

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

End of content

No more pages to load

RADİO