Pensiya kapitalını vaxtından tez götürmək olar?

Bir çox ölkədə vətəndaşlara pensiya kapitalından yalnız təqaüd dövründə deyil, həm də ipoteka krediti götürmək və ya müxtəlif sosial ehtiyacların qarşılanması üçün istifadə imkanı verilir.
Maraqlıdır, Azərbaycanda da bu təcrübənin tətbiqi mümkündür? Pensiya kapitalından vaxtından əvvəl hansı hallarda istifadə etmək olar?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-hüquqşünas Əkrəm Həsənov “Metbuat.az”a açıqlamasında bildirib ki, bəzi ölkələrdə hətta pensiya kapitalını vaxtından əvvəl çıxarmaq da mümkündür.

Amma bizdə bu tətbiq edilə bilməz:

“Çünki belə olarsa, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində vəsait qalmaz. Bugünkü pensiyalar aktiv işləyən insanların ödədiyi məcburi sosial sığorta haqları hesabına verilir. Yəni biz Fondun hesabına keçirdiyimiz vəsaitlə həm öz pensiya kapitalımızı formalaşdırırıq, həm də hazırkı pensiyaçılara ödəniş edilir. Bununla belə, bu vəsait də kifayət etmir və hər il dövlət büdcəsindən əlavə maliyyə ayrılır. Halbuki normalda pensiyalar yalnız sosial sığorta haqları hesabına ödənilməlidir, amma mövcud vəsait çatmır”.

Ekspertin sözlərinə görə, əgər pensiya kapitalının vaxtından əvvəl çıxarılmasına icazə verilsə, vəziyyət daha da ağırlaşar:

“İnsanlar ipoteka, kredit və digər məqsədlərlə Fondan pul götürsələr, DSMF-də ciddi boşluqlar yaranar. Azərbaycanda işsizlik artdığı, maaşların isə eyni templə yüksəlmədiyi halda pensiyaların ildən-ilə artırılması əlavə yük yaradır. Bu səbəbdən pensiya təminatını saxlamaq çətinləşir. Gələcəkdə də vəziyyət dəyişməyəcək. Çünki ölkədə əhali sayı azalmağa doğru gedir, aktiv işləyən gənclərin sayı azalacaq. Bu isə pensiya fondunun daha ciddi problemlərlə üzləşməsinə səbəb ola bilər. Deməli, bu mexanizmin Azərbaycanda tətbiqi mümkün deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

Qızılın qiyməti 4 700 dolları ötdü

Qızılın qiyməti 4 700 dolları ötdü

Təranə Quliyevaya vəzifə verildi

Təranə Quliyevaya vəzifə verildi

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Bitcoin" bahalaşdı

"Bitcoin" bahalaşdı

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Tanınmış sabiq hakim vəfat etdi

Tanınmış sabiq hakim vəfat etdi

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

End of content

No more pages to load

RADİO