Qubada bir ailənin 3 uzvü göbələkdən zəhərlənib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Qubanın Zərqova kəndində baş verib. Kənd sakinləri Seyid, İqlimə və Ümman Seyidovlar yaxınlıqdakı meşədən göbələk yığıb və evdə yeyiblər. Qəbul etdikləri qidadan sonra özlərini piss hiss edən Seyidovlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onlardan analiz götürülüb.
Fakta görə araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu