BMT Baş katibinin "Fəaliyyət Proqramı"nda BTQ-nin hesabatı yer alıb – FOTO

Bakı Təşəbbüs Qrupunun (BTQ) hesabatı BMT Baş katibinin 2025-ci il üzrə təqdim etdiyi "Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı"na dair məruzədə qeyd olunub.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, bu barədə BTQ məlumat yayıb.

Bildirilib ki, Baş katibin hesabatında BTQ məhz dekolonizasiya və kiçik adalarda yaşayan xalqların müstəqilliyi istiqamətində fəaliyyət aparan qlobal vətəndaş cəmiyyətləri sırasında yeganə QHT kimi adı qeyd olunub.

Xatırladaq ki, 2025-ci ilin mayında Bakı Təşəbbüs Qrupu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına "Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyi" çərçivəsində həyata keçirilmiş fəaliyyətlər barədə öz hesabatını təqdim edib.

Qeyd edək ki, BTQ-nin təqdim etdiyi hesabatda əks olunmuş fəaliyyətlər sırasında təşkilat tərəfindən cari il yanvarın 21-də təşkil olunmuş "Reyunyon adasının müstəqilliyi: Fransanın müstəmləkə irsinin yenidən qiymətləndirilməsi və suverenliyə gedən yol" adlı beynəlxalq konfrans, fevralın 24-26-da Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan ölkələrdə fəaliyyət göstərən jurnalistlərin iştirakı ilə təşkil edilmiş Beynəlxalq Mediatur, aprelin 15-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilmiş "Dekolonizasiya: Səssiz İnqilab" adlı beynəlxalq konfrans yer alıb. Sonuncu tədbir isə BMT-nin Afrika Mənşəli İnsanların Daimi Forumunun dördüncü sessiyasının rəsmi yan tədbiri kimi BMT-də qeydiyyatdan keçib.
 

Sözügedən beynəlxalq tədbirlər BTQ-nin dekolonizasiya və insan hüquqları sahəsində gördüyü işlərin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm rol oynayıb. Belə ki, BTQ-nin icraçı direktoru Abbas Abbasov və müstəmləkə altında olan ərazilərin nümayəndələri BMT Baş Assambleyasında Afrika Mənşəli İnsanların Daimi Forumunun dördüncü sessiyasında çıxış edib.


Bundan əlavə, BTQ-nin "Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyi"nə verdiyi töhfələrdən biri də "Reparasiya: Müstəmləkə irsi ilə üzləşmə" adlı müraciətinin qəbul edilməsi və kolonial zülmün tanınması və reparasiya tələbləri ilə bağlı beynəlxalq petisiyanın başlanması olub.

Sənədlərdə keçmiş müstəmləkəçi dövlətlərin tarixi cinayətlərə görə məsuliyyət daşımaqdan yayınması qətiyyətlə pislənib və reparasiyaların yalnız hüquqi deyil, həm də ədalət və insan ləyaqətinin bərpasına əsaslanan mənəvi öhdəlik olduğu vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

Qızılın qiyməti 4 700 dolları ötdü

Qızılın qiyməti 4 700 dolları ötdü

Təranə Quliyevaya vəzifə verildi

Təranə Quliyevaya vəzifə verildi

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Bitcoin" bahalaşdı

"Bitcoin" bahalaşdı

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Tanınmış sabiq hakim vəfat etdi

Tanınmış sabiq hakim vəfat etdi

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

End of content

No more pages to load

RADİO