Xoşbəxt evlilik üçün ən vacib 2 QAYDA

Amerikalı psixoloq Mark Trevers hesab edir ki, təkcə sevgi möhkəm münasibətlər üçün kifayət etmir. O, hər bir cütlüyün nikahdan əvvəl öyrənməli olduğu iki əsas dərsi vurğulayır.

Bizim.Media bu barədə xarici mediaya istinadla xəbər verir.

1. Problemlər öz-özünə yoxa çıxmır

Ailə həyatındakı çətinliklərin təxminən 70%-i “xroniki” xarakter daşıyır. Bu o deməkdir ki, onlar bir dəfəlik həll olunmur və mütəmadi olaraq geri qayıdır. Cütlüklər bu problemlərlə razılaşmağı, kompromis axtarmağı və bir-birinin maraqlarını nəzərə almağı öyrənməlidir. Tez-tez edilən səhv isə ondan ibarətdir ki, sevginin bütün münaqişələri avtomatik şəkildə aradan qaldıracağı düşünülür. Əslində isə hətta ən harmonik ailələrdə də mübahisə və münaqişələr olur. Bu, normaldır və münasibətləri daha sağlam edir.

2. Nikah bir dəfəlik qərar yox, davamlı seçimdir

Cəmiyyətdə yayılmış bir mifə görə, əsas sınaq toy günüdür. Elə bilinir ki, nikah bağlandıqdan sonra hər şey təbii şəkildə inkişaf edəcək. Amma müasir ailə münasibətləri daha mürəkkəbdir. Burada tərəfdaşdan eyni anda həm dəstək, həm dostluq, həm maliyyə sabitliyi, həm ilham, həm də uşaqların tərbiyəsində iştirak gözlənilir. Bütün bunlar isə gündəlik diqqət, səy və münasibətlərə daimi yatırım tələb edir. Uğurlu ailə statusa deyil, tərəfdaşların hər gün öz üzərində işləmək və ailə naminə daha yaxşı versiyaları olmağa hazır olmalarına əsaslanır.

Nikahı bir hadisə kimi deyil, müntəzəm iş tələb edən proses kimi qəbul etmək vacibdir. Bəzən bu iş asan, bəzən isə çətin olacaq, amma məhz həmin gündəlik praktika münasibətləri daha möhkəm və uzunömürlü edir. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dəməşqdə Türkiyə, Ukrayna və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib

Dəməşqdə Türkiyə, Ukrayna və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib

Sabahkı hava onlarda narahatçılıq yaradacaq

Sabahkı hava onlarda narahatçılıq yaradacaq

Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür - VİDEO

Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür - VİDEO

Lavrov Əraqçiyə ZƏNG ETDİ

Lavrov Əraqçiyə ZƏNG ETDİ

Yevlaxda 16 yaşlı gənci “tok” vurdu

Yevlaxda 16 yaşlı gənci “tok” vurdu

Dağıstanda daşqınlar: Yaşayış binası uçdu

Dağıstanda daşqınlar: Yaşayış binası uçdu

"Neftçi" "Sumqayıt"ı məğlub etdi - FOTO/VİDEO

"Neftçi" "Sumqayıt"ı məğlub etdi - FOTO/VİDEO

FHN əhaliyə müraciət etdi

FHN əhaliyə müraciət etdi

Hakan Fidan Suriyada əş-Şaraa və Zelenski ilə görüşdü

Hakan Fidan Suriyada əş-Şaraa və Zelenski ilə görüşdü

Tramp etiraf etdi: “İrandakı müxaliflərə silah göndərdik, amma kürdlər özlərinə götürdü”

Tramp etiraf etdi: “İrandakı müxaliflərə silah göndərdik, amma kürdlər özlərinə götürdü”

Ukrayna bu əraziləri AZAD ETDİ

Ukrayna bu əraziləri AZAD ETDİ

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

“İran saziş bağlamasa, nefti nəzarətə götürəcəyəm” - Tramp

“İran saziş bağlamasa, nefti nəzarətə götürəcəyəm” - Tramp

Macar ordusu “Türk axını”nın bir hissəsini mühafizə edəcək

Macar ordusu “Türk axını”nın bir hissəsini mühafizə edəcək

Quba-Qusar rayonları ərazisindən axan çaylara sel gəlib - VİDEO

Quba-Qusar rayonları ərazisindən axan çaylara sel gəlib - VİDEO

Əsl “Betmen mağarası”: Buradakı mənzərə xüsusi effektləri xatırladır - VİDEO

Əsl “Betmen mağarası”: Buradakı mənzərə xüsusi effektləri xatırladır - VİDEO

Aprelin ən uğurlu bürcləri

Aprelin ən uğurlu bürcləri

ABŞ-ın İranla müharibədə itirdiyi təyyarələrin SAYI

ABŞ-ın İranla müharibədə itirdiyi təyyarələrin SAYI

Xəstəxanaya yerləşdirilən Luçeskunun vəziyyəti pisləşdi

Xəstəxanaya yerləşdirilən Luçeskunun vəziyyəti pisləşdi

“ABŞ sabah sülh razılaşmasına nail ola bilər” - Tramp

“ABŞ sabah sülh razılaşmasına nail ola bilər” - Tramp

Ancelina Colinin qızının aktrisa kimi debütü - VİDEO

Ancelina Colinin qızının aktrisa kimi debütü - VİDEO

Cüdo üzrə Avropa Kubokuna yekun vuruldu - 24 medalımız var - FOTO

Cüdo üzrə Avropa Kubokuna yekun vuruldu - 24 medalımız var - FOTO

Beyləqanda qəzada dünyasını dəyişən sürücü ilə bağlı bəzi TƏFƏRRÜAT - FOTO/VİDEO

Beyləqanda qəzada dünyasını dəyişən sürücü ilə bağlı bəzi TƏFƏRRÜAT - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO