Gəncə sakinlərinə ŞAD XƏBƏR - Marşrut avtobusları yeniləndi - FOTO

Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Qeyd olunub ki, mövcud marşrut xətlərində optimallaşdırma aparılıb, yeni marşrut şəbəkəsi sayəsində şəhər və ətraf qəsəbələr üzrə ictimai nəqliyyata əlçatanlığın və sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 20 şəhərdaxili və 2 şəhərətrafı avtobus marşrutu üzrə müsabiqə keçirilib və qaliblər müəyyən edilib.

Ümumilikdə 280 müasir və komfortlu avtobus sərnişindaşımada istifadə olunmaq üçün alınıb.

Məlumatda bildirilir ki, əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gediş haqqını "CityCard" nağdsız ödəniş sistemi, NFC texnologiyasından istifadə edərək istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri olan "Google Pay" və "Apple Pay" vasitəsilə ödəmək mümkündür. Həyata keçirilən işlər arasında ictimai nəqliyyat sahəsində çalışacaq peşəkar və məsuliyyətli sürücü heyətinin formalaşdırılması da var.
 

Bu işə töhfə vermək məqsədilə AYNA-nın Təlim-Tədris Mərkəzinin əməkdaşları Gəncədə avtobus sürücüləri üçün peşə fəaliyyəti, davranış qaydaları üzrə təlimlər keçiriblər. 423 sürücü təlim və imtahan prosesini uğurla bitirib.


Eyni zamanda Gəncədə ictimai nəqliyyatın səmərəli idarə olunmasını təmin etmək məqsədilə müasir standartlara cavab verən yeni avtobus deposu kompleksi istifadəyə verilib.

Kompleksdə ümumilikdə 300 avtobusa xidmət göstərməyə şərait mövcuddur. Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izlənəcək. Sərnişindaşıma sahəsinin optimallaşması istiqamətində bir sıra layihələr həyata keçirilib. Bunlardan biri də Dəmiryolu vağzalının qarşısında nəqliyyat qovşağı layihəsi - Nəqliyyat Mübadilə Məntəqəsidir. Burada dəmiryolu ilə avtomobil nəqliyyatının qarşılıqlı əlaqəsi öz əksini tapıb. Parklanma və sərnişinlərin minib-düşməsi üçün ərazilər nəzərdə tutulub. Müasir tipli avtobus dayanacaqları və pavilyonlar quraşdırılıb.

Ümumilikdə qovşağa 6 marşrut xətti daxil olacaq və onlardan 2-nin son dayanacağı burada yerləşəcək. Samux istiqamətində hərəkət edən avtobusların da qovşağa gəlməsi nəzərdə tutulub.

Gəncə şəhərində təhlillər nəticəsində gediş-gəlişin və sıxlığın çox olduğu ərazilərdə yol infrastrukturu nəzərə alınaraq 34 müasir dayanacaq pavilyonu quraşdırılıb.

Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində 97 küçədə asfalt örtüyünün yenilənmə işləri aparılıb, 128 kilometr xətlənmə işləri icra olunub, eyni zamanda 12 min kvadratmetr sahədə isə əl işləri həyata keçirilib. Yenilənmə aparılan küçə və prospektlərdə müasir yanaşmadan istifadə olunub. Xətlənmə işləri yüksək keyfiyyətlə həyata keçirilib. Görülən işlər çərçivəsində ümumilikdə 4 000-dən çox yol nişanı quraşdırılıb.
 

Gəncə şəhərində təhlillər aparılaraq mikromobillik zolaqlarının salınması üçün uyğun yerlər müəyyənləşdirilib. Hazırda 2.7 km mikromobillik zolağı əlaqələndirilib, əlavə olaraq 1-ci mərhələdə 2.6 km yolun çəkilməsi nəzərdə tutulur. Şəbəkənin uzunluğunun 5.3 km-ə çatdırılması planlaşdırılır.


Taksi nəqliyyat vasitələri üçün cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində də işlər aparılıb və 10 ünvanda taksi duracağı üçün yer təyin olunub. Şəhərin 3 yerində minib-düşmə məntəqəsinin yeri müəyyənləşdirilib, müvafiq nişanlar quraşdırılıb. Gəncədə həyata keçirilən bütün dəyişikliklər şəhər daxilində ictimai nəqliyyatın optimallaşdırılmasına, sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsinə, piyadaların və sürücülərin təhlükəsizliyinin artırılmasına xidmət edir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏR pul içində "üzəcək"

Bu BÜRCLƏR pul içində "üzəcək"

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB

Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB

Ötən il Azərbaycanda 1 uşağa Zidan adı verilib

Ötən il Azərbaycanda 1 uşağa Zidan adı verilib

"Yeraltı"da o da olacaq - FOTO

"Yeraltı"da o da olacaq - FOTO

İran XİN: “Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq”

İran XİN: “Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq”

Eldar Əzizov Ramanada su basmış ərazilərdə: Tapşırıqlar verdi – FOTO

Eldar Əzizov Ramanada su basmış ərazilərdə: Tapşırıqlar verdi – FOTO

Daha bir ölkə Azərbaycanda səfirlik AÇIR

Daha bir ölkə Azərbaycanda səfirlik AÇIR

Amnistiya aktı 18 mindən çox şəxsə şamil edilib – RƏSMİ

Amnistiya aktı 18 mindən çox şəxsə şamil edilib – RƏSMİ

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

Qırğızıstanın Baş naziri Azərbaycana GƏLDİ

Qırğızıstanın Baş naziri Azərbaycana GƏLDİ

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR

Dostluğa ən çox dəyər verən bürclər

Dostluğa ən çox dəyər verən bürclər

End of content

No more pages to load

RADİO