Türkiyə universitetlərinin rektorları Qarabağ Universitetində - FOTO

Xankəndi şəhərində səfərdə olan Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorlarının və İğdır Azərbaycan Evinin rəhbərinin daxil olduğu nümayəndə heyəti Qarabağ Universitetində olub.

Universitetdən Bizim.Media-ya bildirilib ki, ziyarət çərçivəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov nümayəndə heyəti ilə görüşüb.

Qarabağ Universitetinin inzibati heyət üzvlərinin də iştirak etdikləri görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Ş.Bayramov Qarabağ Universitetinin başlıca fəaliyyət istiqamətləri, strateji hədəfləri və regional ekosistemin inkişafındakı potensial rolu barədə ətraflı məlumat verib.
 

Dövlətin birbaşa diqqəti və dəstəyi ilə Qarabağ Universitetində aparılan quruculuq işlərindən bəhs edən rektor bu ali təhsil müəssisəsinin birillik fəaliyyəti ərzində əldə edilmiş nəticələri diqqətə çatdırıb və qardaş Türkiyə universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığın önəmini vurğulayıb.


Nümayəndə heyəti üzvləri Azərbaycan–Türkiyə qardaşlığının bütün sahələrdə olduğu kimi ali təhsil müstəvisində də möhkəmlənməsinin vacibliyini vurğulayıblar. Qısa müddət ərzində Qarabağ Universitetində əhəmiyyətli dərəcədə inkişafı görməkdən məmnun olduqlarını bildirən Türkiyə universitetlərinin rektorları davamlı və sıx əməkdaşlığa hər zaman açıq olduqlarını ifadə ediblər.

Sonra əməkdaşlığın potensial istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, qısamüddətli və uzunmüddətli dövrlərdə əməkdaşlıq imkanları dəyərləndirilib, konkret əməkdaşlıq təkliflərinə dair ilkin razılıq əldə edilib.
 

Daha sonra, nümayəndə heyəti Qarabağ Universitetinin əsas tədris binasında, tələbə yataqxanalarında, İncəsənət fakültəsində, Qarabağ Universitetinin Klinikasında, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunda yaradılmış şəraitlə tanış olub və burada tətbiq olunan müasir ali təhsil proqramlarının məzmunu barədə ətraflı məlumat əldə edib.


Qeyd edək ki, nümayəndə heyətinin tərkibində İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, İğdır Universitetinin rektoru Ekrem Gürel, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Artvin Çoruh Universitetinin rektoru İbrahim Aydın, Ağrı İbrahim Çeçen Universitetinin rektoru İlhami Gülçin, Bolu İzzet Abant Baysal Universitetinin rektoru Mustafa Alişarlı, Ərzurum Texniki Universitetinin rektoru Bülent Çakmak, Van Yüzüncü Yıl Universitetinin rektoru Hamdullah Şevli təmsil olunub.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏR pul içində "üzəcək"

Bu BÜRCLƏR pul içində "üzəcək"

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB

Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB

Ötən il Azərbaycanda 1 uşağa Zidan adı verilib

Ötən il Azərbaycanda 1 uşağa Zidan adı verilib

"Yeraltı"da o da olacaq - FOTO

"Yeraltı"da o da olacaq - FOTO

İran XİN: “Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq”

İran XİN: “Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq”

Eldar Əzizov Ramanada su basmış ərazilərdə: Tapşırıqlar verdi – FOTO

Eldar Əzizov Ramanada su basmış ərazilərdə: Tapşırıqlar verdi – FOTO

Daha bir ölkə Azərbaycanda səfirlik AÇIR

Daha bir ölkə Azərbaycanda səfirlik AÇIR

Amnistiya aktı 18 mindən çox şəxsə şamil edilib – RƏSMİ

Amnistiya aktı 18 mindən çox şəxsə şamil edilib – RƏSMİ

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

Qırğızıstanın Baş naziri Azərbaycana GƏLDİ

Qırğızıstanın Baş naziri Azərbaycana GƏLDİ

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR

Dostluğa ən çox dəyər verən bürclər

Dostluğa ən çox dəyər verən bürclər

End of content

No more pages to load

RADİO