Gəncə–Mingəçevir–Ağstafa sərnişin qatarı fəaliyyətə başladı - FOTO

Bu gündən ilk dəfə xəttə buraxılan müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstərilir.

Bizim.Media xəbər verir ki, qrafikə əsasən, qatar hər gün saat 05:45-də Gəncədən yola düşərək 06:57-də Mingəçevir şəhər stansiyasına, saat 07:15-də Mingəçevirdən Gəncə–Ağstafa istiqamətində hərəkət edərək 08:26-da Gəncəyə, 09:48-də isə Ağstafaya çatır.
 

Günün ikinci yarısında reyslər saat 16:00-da Ağstafadan başlayır, qatar saat 17:19-da Gəncəyə, 18:36-da Mingəçevir şəhər stansiyasına çatır. Saat 19:00-da Mingəçevirdən yola düşən qatar 20:11-də Gəncədə olur.


Sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə bilərlər.

Qatarlarda standart, standart+ biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur.

Gəncə–Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir–Ağstafa istiqamətində isə 6,80 AZN təşkil edir.

Sərnişinlər səfər zamanı ödənişsiz “Wi-Fi” xidmətindən də yararlana bilərlər.

ADY qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Mingəçevir sahəsində dəmir yollarında yenidənqurma işləri həyata keçirib. Həmçinin Mingəçevir şəhər stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.

Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq.
 

Gəncə–Mingəçevir–Ağstafa marşrutunun açılması bu istiqamətlərdə səfər edən, Mingəçevir və Gəncə şəhərləri, Tovuz və Ağstafa rayonları, Goran, Dəllər və Qovlar qəsəbələrində yaşayan insanlar üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə, eyni zamanda, Mingəçevir əhalisinin də daha rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə xidmət edəcək.


Ümumilikdə yeni marşrutun açılması qeyd edilən bölgələrin sosial-iqtisadi inkişafına, eləcə də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, paytaxt və regionların tarazlı inkişafına dəstək verəcək, o cümlədən Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bu BÜRCLƏR pul içində "üzəcək"

Bu BÜRCLƏR pul içində "üzəcək"

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB

Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB

Ötən il Azərbaycanda 1 uşağa Zidan adı verilib

Ötən il Azərbaycanda 1 uşağa Zidan adı verilib

"Yeraltı"da o da olacaq - FOTO

"Yeraltı"da o da olacaq - FOTO

İran XİN: “Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq”

İran XİN: “Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq”

Eldar Əzizov Ramanada su basmış ərazilərdə: Tapşırıqlar verdi – FOTO

Eldar Əzizov Ramanada su basmış ərazilərdə: Tapşırıqlar verdi – FOTO

Daha bir ölkə Azərbaycanda səfirlik AÇIR

Daha bir ölkə Azərbaycanda səfirlik AÇIR

Amnistiya aktı 18 mindən çox şəxsə şamil edilib – RƏSMİ

Amnistiya aktı 18 mindən çox şəxsə şamil edilib – RƏSMİ

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

Qırğızıstanın Baş naziri Azərbaycana GƏLDİ

Qırğızıstanın Baş naziri Azərbaycana GƏLDİ

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR

End of content

No more pages to load

RADİO