Göyçayda ağacdan yıxılan 60 yaşlı kişi xəstəxanalıq oldu.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Çayaltı kəndində qeydə alınıb.
Belə ki, qoz yığmaq üçün ağaca çıxan 1965-ci il təvəllüdlü İmdad Əliyev müvazinətini itirərək ağacdan yıxılıb.
Bu zaman ayaq və çiyin nahiyəsindən, eləcə də digər ağır bədən xəsarətləri alan yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.
Bizim.Media, Aran bürosu