Anım Günü ilə bağlı təşkil edilmiş tibbi-sosial aksiya - FOTO

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda şəhid və qazi ailələrinin üzvləri, eləcə də yerli sakinlər üçün 27 Sentyabr – Anım Gününə həsr olunmuş ödənişsiz tibbi-sosial aksiya təşkil edilib.

Bu barədə Bizim.Media-ya Qoruq İdarəsindən məlumat verilib.
 

Aksiyanın rəsmi açılışında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, həkimlər və tibb işçiləri iştirak ediblər.


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov çıxışında qeyd edib ki, qazilərin müalicəsi və sağlamlıqlarının bərpası ölkə başçısının daim diqqət mərkəzindədir.

Bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının resursları səfərbər olunur.

27 Sentyabr - Anım Günü ərəfəsində Mərkəzi Gömrük Hospitalının ixtisaslaşmış tibbi briqadası tərəfindən “Qala” Dövlət Qoruğunda keçirilən bugünkü tibbi aksiya da ilk növbədə qazilərin və onların yaxınlarının, şəhid ailələrinin və eyni zamanda, yerli sakinlərin sağlamlığının qorunmasına yönəldilib.

Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev vurğulayıb ki, belə tədbirlər sağlamlıq problemlərinin erkən aşkarlanmasına və insanların profilaktik müayinələrdən keçirilməsinə mühüm töhfə verir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud göstərilən yüksəksəviyyəli tibbi xidmətə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə və həkim heyətinə minnətdarlığını bildirib.

O qeyd edib ki, bu cür aksiyalar şəhid və qazi ailələrinin, həmçinin yerli sakinlərin sağlamlığının qorunmasında xüsusi əhəmiyyət daşıyır.

Aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalının müxtəlif ixtisaslı həkimləri tərəfindən 200 nəfərə kardioloji, uroloji, endokrinoloji, radioloji, nevroloji, oftalmoloji, ginekoloji, terapevtik, pediatrik və cərrahi xidmətlər daxil olmaqla 500-dən çox tibbi müayinələr göstərilib. Səhhətində problem aşkar olunan şəxslərə USM, EKQ, ExoKQ, rentgen və digər müayinələr aparılıb, müalicə ilə bağlı tövsiyələr verilib və zəruri təyinatlar edilib.

Aksiyanın məqsədi sağlam həyat tərzinin əhəmiyyəti və xəstəliklərin erkən diaqnostikasının vacibliyi barədə əhalinin maariflənməsidir.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq müxtəlif bölgələrdə ödənişsiz tibbi-sosial aksiyalar təşkil olunur. Bu təşəbbüslər vətəndaşların sağlamlığının qorunmasına xidmət etməklə yanaşı, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

Rusiya Ayda araşdırmalar aparacaq

Rusiya Ayda araşdırmalar aparacaq

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bu BÜRCLƏR pul içində "üzəcək"

Bu BÜRCLƏR pul içində "üzəcək"

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

End of content

No more pages to load

RADİO