"Rusiyaya qarşı istənilən təcavüz qəti şəkildə dəf ediləcək. NATO və Aİ-nin buna heç bir şübhəsi olmamalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı bildirib.
"Ölkəmə qarşı istənilən təcavüz qətiyyətlə qarşılanacaq. Rusiyaya qarşı hər hansı bir aqressiya qəti müqavimətlə qarşılanacaq, NATO və Aİ-nin bununla bağlı heç bir şübhəsi olmamalıdır.
NATO yalnız Rusiyaya və Çinə təhdid etmir, alyans bütün Avrasiyanı hərbi mühasirəyə almağa çalışır", - Lavrov qeyd edib.
Bizim.Media