Həbs olunan azərbaycanlı generalın işi üzrə rəis də TUTULDU

Rusiyada Milli Qvardiyanın daha bir yüksək rütbəli zabiti azərbaycanlı general Mirzə Mirzəyevin işi üzrə saxlanılıb.

Bizm.Media xəbər verir ki, Rosqvardiyanın arxa təminat departamentinin geyim təminatı idarəsinin rəisi vəzifəsini tutmuş polkovnik Aleksandr Busıgin istintaqın vəsatəti ilə məhkəmənin qərarı ilə həbs edilib.
 

Qeyd edək ki, arxa təminat departamentinin keçmiş müvəqqəti rəhbəri, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev isə ötən ilin noyabrından bəri xüsusilə böyük məbləğdə rüşvət almaqda ittiham olunaraq istintaq təcridxanasında saxlanılır.


Mirzəyevin işi üzrə həmçinin Gürcüstan əsilli Mahir Səfərov da keçir.

O, “Demi̇s” ASC-nin baş direktor müavini və faktiki sahibi sayılır. Şirkət Rusiyada və Türkiyədə ayaqqabı istehsal edən iri müəssisələrə malikdir. Səfərova rüşvətdə vasitəçilik ittihamı irəli sürülüb və o da həbs olunub.

Mirzəyev Mirzə Mais oğlu 26 may 1972-ci ildə Gürcüstanda anadan olub. 2006-cı ildə Rusiya Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərində Xrulev adına Hərbi Maddi-Texniki Təchizat və Nəqliyyat Akademiyasını bitirib.

2015-ci ildə hakim "Vahid Rusiya" partiyasının Stavropol regional bölməsi Mirzə Mirzəyev Dumaya seçkilərdə namizədliyini irəli sürüb, amma deputat seçilə bilməyib.

Bundan sonra şəhər hərbi hissələrindən birində, sonra isə Rosqvardiyada rəhbər vəzifəyə gətirilib. Rusiyanın müstəqil internet resurslarında hələ həbsindən əvvəl Mirzə Mirzəyev haqda xüsusi süjet də yayımlayıb.
 

Süjetdə onu Rusiya Qvardiyasının “ən zəngin” generalı kimi təqdim ediblər, onun bir neçə bahalı avtomobili və dəyəri yüz milyonlarla rublla qiymətləndirilən daşınmaz əmlakı olduğu bildirilib.


Mirzə Mirzəyevin 48 milyon rubl dəyərində bir neçə bahalı avtomobili, Kislovodskda 50 milyonluq sarayı, bundan əlavə, üç uşağın da hər biri 100 milyon rubl dəyərində bahalı daşınmaz əmlakı olduğu üzə çıxıb. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

Rusiya Ayda araşdırmalar aparacaq

Rusiya Ayda araşdırmalar aparacaq

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bu BÜRCLƏR pul içində "üzəcək"

Bu BÜRCLƏR pul içində "üzəcək"

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

End of content

No more pages to load

RADİO