MEDİA-da Anım Gününə ilə bağlı tədbir keçirildi - FOTO

27 sentyabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 

Tədbiri giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə müasir Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcını qoymaqla yanaşı, həm də xalqımızın əzm və iradəsini, birlik və həmrəyliyini nümayiş etdirdi.


44 günlük Vətən müharibəsi dövründə media nümayəndələrinin əzmkar fəaliyyətini xüsusi qeyd edən İcraçı direktor Azərbaycan jurnalistlərinin yerli ictimaiyyətin dəqiq və qərəzsiz informasiya ilə təmin edilməsində, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında oynadığı müstəsna rolu diqqətə çatdırıb.

Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, məhz bu gün tariximizdə əksini tapan milli həmrəyliyin və birliyin simvolu olmaqla yanaşı, həm də xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin əzəmətli göstəricisidir.

Onun sözlərinə görə, şəhidlərimizin canı və qanı bahasına qazanılmış Zəfər, Azərbaycan cəmiyyətinin gələcək inkişaf yolunda həm məsuliyyət, həm də ilham mənbəyidir.

Daha sonra Agentliyin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova çıxış edərək bildirib ki, Anım Günü yalnız qəhrəman şəhidlərimizin əziz xatirəsinin yad edilməsi deyil, eyni zamanda Azərbaycan xalqının milli yaddaşında, dövlətçilik ideyalarında və azadlıq uğrunda mübarizə tarixində əbədi iz buraxmış bir gündür.

Onun sözlərinə görə, medianın üzərinə düşən əsas vəzifələrdən biri də məhz həmin qəhrəmanlıq salnaməsini geniş işıqlandırmaq, şəhidlərin əziz xatirəsini daim uca tutmaq və onların mübarizə ruhunu gələcək nəsillərə ötürməkdən ibarətdir.

Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Elşən Ağayev isə Vətən müharibəsi dövründə informasiya cəbhəsində çalışan jurnalistlərin fəaliyyətinə toxunub.
 

O qeyd edib ki, media nümayəndələri yalnız arxa cəbhədə deyil, ön xətdə də fəaliyyət göstərərək, həm ölkə ictimaiyyətini operativ və dəqiq məlumatlarla təmin etmiş, həm də Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqla informasiya müharibəsində mühüm nailiyyətlər qazanmışlar.


Daha sonra Medianın İnkişafı Agentliyinin kollektivi Zəfər parkına gəlib, Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

Rusiya Ayda araşdırmalar aparacaq

Rusiya Ayda araşdırmalar aparacaq

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bu BÜRCLƏR pul içində "üzəcək"

Bu BÜRCLƏR pul içində "üzəcək"

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

End of content

No more pages to load

RADİO