Bakıda keçirilən beynəlxalq forum BAŞA ÇATDI

Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun 3-cü günündəki sessiya “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) statistikası” mövzusunda keçirilib.

Bizim.Media xəbər verir ki, sessiyaya sədrlik edən BMT yanında Avropa İqtisadi Koissiyasının statistika bölməsinin rəhbəri Tiina Luyqe çıxış edərək bildirib ki, DİM hər bir ölkədə özünəməxsus formada həyata keçirilir. BMT-nin DİM ilə əlaqədaq qəbul etdiyi 17 məqsəd arasında yoxulluğun və aclığın tamamilə aradan qaldırlıması, səhiyyə və təhsilin əlçatanlığının təmin olunması, layiqli əmək və iqtisadi inkişaf, gender bərabərliyi, iqlim dəyişmələrinə qarşı mübarizə prioritet hesab edilir. Dövlətlərin bu məqsədlərə necə nail olmasını müəyyən etmək üçün mütləq statistik hesablamalara və təhlillər lazımdır. Məhz stasistik göstəriciləri müəyyən etməklə DİM necə həyata keçirildiyini bilmək və meydana çıxan problemləri həll etmək olar.
 

Nəzərə çatdırılıb ki, müasir dünyanın inkişafını proqnozlaşdırmaq və gələcəyin yol xəritəsini hazırlamaqda statistikanın üzərinə böyük öhdəliklər düşür. Bugünkü forumun məqsədi də milli statistika qurumlarının birlikdə müzakirə apararaq DİM-in göstəricilərini aydınlaşdırmaqdan ibarətdir. Bunun üçün təcrübə mübadiləsi, yeniliklərin paylaşılması, rəqəmsal texnologiyaların öyrənilməsi və tətbiqi zəruridir.


Sonra Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov “DİM statistikası: təşkil olunmadan nəticələrə qədər” mövsunda çıxış edərək bildirib ki, DİM statistikasını aparmaq əhalinin siyahıyaalınmasından daha çətindir: “BMT-nin bu təşəbbüsünün statistikasını dəqiq aparmaq üçün Azərbaycan Prezidentinin tapşırığı ilə Milli Koordinasiya Şurası yaradıldı, Dövlət Statistika Komitəsində yeni şöbə təşkil olundu, informasiya mənbələri müəyyən edildi, beynəlxalq təşkilatla əlaqə quruldu və məlumatların toplanmasına başlandı. Bu gün Azərbaycan DİM statistikasını uğurla həyata keçirir və təcrübəsini paylaşmağa hazırdır”.
 

Daha sonra Belarusun, Qırğızıstanın müvafiq qurumlarının rəhbərləri, UNİCEF-in Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin təmsilçisi, MDB Statistika Komitəsinin sədr müavini, UNESCO-nun Statistika İnstitutunun regional müşaviri, BMT-nin Ərzaq Proqramı (FAO) və Əhali Fondunun (UNFPA) nümayəndələri, Rusiya Вövlət Satatistika Xidmətinin məsləhətçisi və digər ekspertlər çıxış edərək müasir statistkanın problemlərindən, qarşıda duran vəzifələrdən danışdılar, fikir mübadiləsi aparıblar.


III Beynəlxalq Statistika Forumunun həmsədri, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış edərək bildirib ki, tədbirdə toplaşan qonaqlar dünya üçün mühüm əhəmiyyət daşıyan məsələləri müzakirə ediblər: “Bu müzakirələr dövlətlərimizin strateji inkişafı üçün olduqca lazımdır. Qlobal xarakterli inkişaf məqsədlərinə çatmaq üçün əməkdaşlıq əlaqələrinin genişlənməsi çox vacib məsələdir. Forumun adından MDB sözləri çıxarılsın. Çünki artıq 3-cü dəfədir ki, forum keçirilir və MDB çərçivəsində, regional xarakter daşımaqdan çıxaraq beynəlxalq əhəmiyyət daşımağa başlayıb. Forumda Asiyadan, Avropadan, Latin Amerikasından mütəxəsislər və dövlət rəsmiləri iştirak etdilər. İştirakçılar çox faydalı təkliflər və ideyalar irəli sürərək ümumi işin irəli aparılması üçün fəaliyyət göstərdilər”.

Tahir Budaqov bütün iştirakçılara təşəkkür edərək uğurlar arzulayıb.

MDB Statistika Komitəsinin sədri Konstantin Laykam çıxış edərək forumun təşkilinə, qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, hökumətinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kollektivinə təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Bu yay trend olacaq 5 geyim - FOTO

Bu yay trend olacaq 5 geyim - FOTO

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

Aprel döyüşlərindən 10 il ÖTÜR

Aprel döyüşlərindən 10 il ÖTÜR

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

Bakıda bu evlər UCUZLAŞIR

Bakıda bu evlər UCUZLAŞIR

Bu yolda sürət həddi endirildi – FOTO

Bu yolda sürət həddi endirildi – FOTO

Putin Paşinyandan bunu istədi – VİDEO

Putin Paşinyandan bunu istədi – VİDEO

Avropa Hörmüzün açılmasına kömək etməsə, ABŞ Ukraynaya silah tədarükünü dayandıracaq - KİV

Avropa Hörmüzün açılmasına kömək etməsə, ABŞ Ukraynaya silah tədarükünü dayandıracaq - KİV

Kevin Medinanın Toralın məclisindəki rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Kevin Medinanın Toralın məclisindəki rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Putin və Paşinyan arasında görüş - YENİLƏNİB/VİDEO

Putin və Paşinyan arasında görüş - YENİLƏNİB/VİDEO

“Sabah” “Astana” ilə yoxlama görüşü keçirəcək

“Sabah” “Astana” ilə yoxlama görüşü keçirəcək

“Sultan Süleyman” və “Hürrəm” 15 ildən sonra çəkiliş meydançasında – FOTO

“Sultan Süleyman” və “Hürrəm” 15 ildən sonra çəkiliş meydançasında – FOTO

Türkiyədə azərbaycanlı gənc öldürüldü – ANBAAN GÖRÜNTÜLƏR

Türkiyədə azərbaycanlı gənc öldürüldü – ANBAAN GÖRÜNTÜLƏR

Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefonla DANIŞDI

Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefonla DANIŞDI

Puldan niyə metal qoxusu gəlir?

Puldan niyə metal qoxusu gəlir?

"Rüzgar"ı öldürən əmisi anlaqlı olmayıb? - MƏHKƏMƏ

"Rüzgar"ı öldürən əmisi anlaqlı olmayıb? - MƏHKƏMƏ

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata KEÇİRİB

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata KEÇİRİB

İran XİN: “Hazırda heç bir danışıq aparılmır” – VİDEO

İran XİN: “Hazırda heç bir danışıq aparılmır” – VİDEO

End of content

No more pages to load

RADİO